"Qalatasaray"ın baş məşqçisi məğlubiyyətin günahkarını tapdı: "...matçı evdən izləyirdi..." - "Ayağa qalxmalıyıq"

 \"Qalatasaray\"ın baş məşqçisi məğlubiyyətin günahkarını tapdı: \"...matçı evdən izləyirdi...\" - \"Ayağa qalxmalıyıq\"

İDMAN

Bugün, 10:22

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasının ilk turunda səfərdə "Sportinq"ə 3-1 hesabı ilə uduzmasının səbəbini hakimlərdə axtarır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Sportinq"in lehinə verilən penalti qərarının doğru olmadığını, üstəlk, bir epizodda "Qalatasaray"ın futbolçusuna kobudluq eədn rəqib oyunçunun isə açıq qırmızı vərəqə almalı olduğunu bildirib: "Ancaq görünür, əsasən VAR hakimi Kristian Dingertin sanki stadionda deyildi. Eə bil matçı evdən izləyirdi..."

Okan Buruk məğlubiyyətdən dərs çıxaracaqlarını deyib: "Ayağa qalxmalıyıq. Bu, bizim ilk matçımız idi. Çox yaxşı oynadıq və müəyyən bir müddət ərzində üstünlük təşkil etdik. Rəqibin yalnız bir korner zərbəsi var idi. Matç boyu üstünlüyü əldə etdik, amma dediyim kimi, 2-1-dən sonra özümüzə olan inamımızı artırmalı və qalib gəlməyə çalışmalı idik. Olmadı. Növbəti matç haqqında düşünəcəyik".

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR