ƏRDOĞANLA YAVAŞIN QAPALI GÖRÜŞÜ: sirlər açılır

ƏRDOĞANLA YAVAŞIN QAPALI GÖRÜŞÜ: sirlər açılır

SİYASƏT

Bugün, 10:09

Dünən üzvü olduğu CHP-nin yaranmasının 104-cü ildönümünə deyil, Prezident Ərdoğanla görüşə gedən  Ankara Böyükşəhər Bələdiyyəsinin sədri, müxalifətin prezidentliyə vahid namizədi kimi adı reytinq sorğularında çəkilən Mənsur Yavaşla bağlı sensasiyalı iddia yayılıb.

Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, Ərdoğanla qapalı görüşdən sonra əsas suallardan yayınan və "görüş Ankarada metro tikintisi və bu kimi layihələrlə bağlı olub"deyən Mansur Yavaşın , əslində, planı başqa olub.

Məlumata görə, Mansur Yavaşın görüşdə əsas məqsədi CHP-li bələdiyyələrə qarşı açılan cinayət işləri və həbslərdən yayınmaq olub.

Jurnalist Sinan Burhan tv100-də verdiyi şərhdə qeyd edib ki, Mansur Yavaşın Ərdoğanla görüşdə AK Partiyaya qoşulacağı iddiaları doğru olmasa da, başqa siyasi anlaşmalar olub: "AK Partiyadakı mənbələrlə danışdım. Aydın bir cavab verim. Hələlik Mansur Yavaş AK Partiyaya qoşulmur. Belə bir tələb yoxdur. Heç bir gözlənti də yoxdur. Mansur Yavaş Özgür Özəlin lideri olduğu Yeni Partiyaya da qoşulmur. Mansur Yavaş CHP-də qalmayacaq. O, buradan istefa verəcək. Bu, sentyabr ayında və ya daha sonra baş verə bilər Aldığım məlumat budur. Mənsur Yavaş müstəqil qalacaq. Üstəlik onun  Yeni Partiya və Əkrəm İmamoğluna çağırış edəcık və Kılıçdaroğlusayağı "ləkəli adamları sıralarınızdan, ətrafınızdan qovun, təmizlənin" çağırışı edə biləcəyi gözləniləndir...".

Yeri gəlmişkən, Ankara bələdiyyəsi ilə bağlı bir neçə cinayət işi var.

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR