İrandan ABŞ bazalarına gözlənilməz sərt zərbələr - İki döyüş gəmisi, F-35 bazası və Amerika tankerləri vurulub

İrandan ABŞ bazalarına gözlənilməz sərt zərbələr -  İki döyüş gəmisi, F-35 bazası və Amerika tankerləri vurulub

GÜNDƏM

Bugün, 08:58

İran ABŞ-ın 5 neft tankerinə zərbəsinə cavab olaraq gözlənilməz həmlələrə əl atıb.

Mia.az xarici mətbuata istinadla bildrir ki, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İran neft tankerlərinə hücumlarından sonra İordaniyadakı Əl-Əzraq bazasına çoxsaylı ballistik raketlər fırladıb.

SEPAH-ın bu barədə yaydığı bəyanata əsasən, F-35, F-16 və F-15 qırıcı təyyarələrinin texniki xidmət, hazırlıq və saxlandığ anqar və bunkerlərə sarsıdıcı qisas zərbələri endirilib: "Bu zərbələr çoxsaylı bərk və maye yanacaqla işləyən yeni ballistik raketlərimizlə endrilib. Hücumda ABŞ-a məxsus  F-35, F-16 və F-15 qırıcı təyyarələrinin texniki xidmət, hazırlıq və yerləşdirmə anqarları, o cümlədən  bunkerləri hədəfə alınıb.  Bazalara planlanan hücum tamamilə uğurlu alınıb"

SEPAH-dan daha sonra bildrilib ki, bununla yanaşı, AB-ın bölgədəki iki hərbi gəmisi və 8 neft tankeri vurulub: "ABŞ-ın idarə olunan raket esminetsləri olan "USS Delbert D. Black (DDG-119)" və "USS John Paul Jones (DDG-53)" gəmilərinə qarşı uğurlu hücumlar da həyata keçirdik. Hər iki gəmi zərbələrimiz nəticəsində ciddi zərər görüb. Hər kəs biməlidir ki, İran Silahlı Qüvvələrinin ABŞ-ın istənilən hərbi təcavüzünə cavab vermək əzmindədir. Ümid edirik ki, düşmən səhv hesablamalardan çəkinəcək. Ək halda ABŞ-ın heç bir hücumu cavabsız qalmayacaq. Əksinə, ən sərt hücumlarla cavab veriləcək".

İordaniya ordusu İranın ölkədəki ABŞ bazalarına hücumunu təsdiqləyib: "İrandan fırladılan 20 raketdn 18-ı havada zərərsizləşdirilib, 2 raket mülki əhaliin olmadığı əraziyə düşüb"

Onu da qeyd edək ki, İordaniya hava məkanında görünən raketlər həvəskar kameralar tərəfindən qeydə alınıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hələlik SEPAH-ın bəyanatına reaksya verməyib.

İran mediasının məlumatına görə, ABŞ qüvvələri Xark adası yaxınlığında İran neft tankerini vurub. Bəzi tankerlərdə itkilərn  olması da istisna edilmir.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR