"Zəngulə” romanı - Şahidlik nəsri və müharibənin qlobal anatomiyası
PRESS
Bugün, 10:09
Azərbaycan ədəbiyyatında Qarabağ mövzusu 1990-cı illərdən etibarən romantik-vətənpərvər pafosdan tədricən sənədli-psixoloji realizmə, fərdin daxili sarsıntılarını və müharibənin bədəndə qoyduğu izləri araşdıran, mərkəzində insanın varlıq qayğısı, həyatın mənası, fərdi azadlıq, tənhalıq və ölüm kimi mövzuların dayandığı fəlsəfi-ədəbi nəsrə doğru inkişaf etməyə başladı.
Bu gün haqqında danışacağımız, Nüşabə Məmmədlinin ‘Zəngulə’ romanı Qarabağ müharibəsinin törətdiyi fəlakətləri yalnız hərbi-tarixi hadisə kimi deyil, həm də fərdi və kollektiv yaddaşda dərin izlər buraxmış, mənəvi və psixoloji böhran kontekstində araşdırmaq üçün Azərbayacan ədəbi tənqidinə zəngin bədii material verdi. Ədəbi tənqidimiz isə Qarabağ müharibəsi haqqında yazılmış romandan nə qədər faydalandı və Azərbaycan oxucusu ilə “Zəngulə” romanı haqqında nələri danışdı, hansı söhbətləri etdi?
İndiyə qədər Azərbaycan film istehsalıçıları “Zəngulə” romanına niyə nəzər salmadılar?
Axı yaxın -90-lardan başlayan Qarabağ ədəbi tariximizdə sırf işğal dövrünü əks etdirən romanlar barmağımızın çox olsa 3 və ya 4 sayını tutar. Aqil Abbasın "Dolu" romanı dışında iri həcmli hansı əsərimiz ekranlaşdırılıb?
Suallarımızın cavabını gələn yazılarımıza saxlayıb qayıdaq Rusya Federasiyası Yazıçılar İttifaqı tərəfindən "Q. R. Derjavin Ordeni" ilə təltif olunan, Türkiyədə (Türkcə adı “Türk Koymadı Yürəyimi Söksünlər”) çap olunan “Zəngulə” romanına. Əsər fərqli poetik və psixoloji qatlarla zəngindir və mətn ikili məkan və zaman quruluşuna əsaslanır.
İndiki zaman: Qərb mühiti, restoran, qürbət, kənar baxış. Keçmiş zaman: qəhrəmanın dilindən nəql edilən Xocalı qətliamı, Qarabağın işğalı, işgəncə məkanları, əsirlərin saxlanıldığı tövlə və zorakılıq mühiti. Zaman keçidini təmin edən təkanverici amil müğənni qızın oxuduğu muğam və segah sədalarıdır. Musiqi səsi təkcə keçmişi xatırlatmır; qəhrəmanı həmin travmalarla dolu xatirələrin içinə təkrar-təkrar sürükləyir. “Zəngulə”də bütün hadisələr 9 yaşlı uşağın-əsərin baş qəhrəmanı Rəhimənin yaddaşında yaşayan, canlı xatirələrdir. Oxucuya hadisələrin 9 yaşlı Rəhimənin dili ilə nəql edilməsi romanın bədii təsir gücünü ikiqat artırır. Uşaq şüurunun zorakılığı qavrama mexanizmi bir neçə mərhələdə ustalıqla qələmə alınıb ki, bu da “Zəngulə”nin ədəbi dəyərini xeyli artırıbş Bu üsul bədii ədəbiyyatda psixoloji dərinlik yaradan yöntəm kimi xüsusi yer tutur. Nüşabə Məmmədlinin "Zəngulə" romanında uşaq psixikasının zorakılıq qarşısında keçirdiyi mərhələlər- qorxu, reallıqdan qaçış və çarəsizlik oxucuda ağır empatiya yaradır. Biz Dostoyevski və Kafka yaradıcılıq məktəbinin insan psixologiyasının dərin qatlarına nüfuz edən bu üslubu ilə həmişə üz-üzə qalmışıq və bu baxımdan “Zəngulə” romanının ekran həyatı da çox uğurlu olacağı qənaətindəyəm.
Kürəsəl mesaj və “Zəngulə”
Romanda qətliamın, zorakılığın uşaq gözü ilə verilməsi lokal münaqişə və ya dram çərçivəsini aşaraq ümumbəşəri antihumanist terrora etiraza çevrilir. Bu isə dünya oxucusuna travmanın nəsillər boyu ötürülən mexanizmini dərk etməyə imkan verir. Təssüf ki, uzun illər-ən azı 30 ildən çoxdur ki, ölkəmizin ədəbiyyat siyasəti iflic vəziyyətində olduğu üçün “Zəngulə” romanı layiqli qiymətini ala bilməyib, Azərbaycan ədəbi tənqidi tərəfindən olduğundan az incələnib.
Roman erməni təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşən, əsir və girov götürülən günahsız insanların, xüsusilə də qadınların və uşaqların qarşılaşdığı dözülməz fiziki və mənəvi işgəncələri əks etdirir. Əsərdə işğalın və erməni vandalizminin uşaqların həssas psixikasına necə təsir etməsi, uşaqların və qadınların zorakılığı və ölümü qavrama mexanizmi son dərəcə həssaslıqla və psixoloji dərinliklə qələmə alınıb. 9 yaşlı Rəhimə əsir götürülür, əsir olduğu ailənin cavan oğlu tərəfindən zorlanır və sonra böyük pul müqabilində amerikalı bir erməniyə satılır. Erməni Rəhiməni anadangəlmə ürək qüsurlu qızı üçün donor olaraq alıb. Lakin erməni ata gecikir və xəstə qızı vəfat edir. Rəhimə bir gözünü işğal zamanı itirib, böyrəyinin birini Amerikada satırlar. Daha sonra gözəl səsi olan Rəhiməni restoranlarda oxumağa məcbur edirlər.
Roman fiziki olaraq əsarətlə üzləşsələr də milli qürurunu, mənəvi bütövlüyünü və insanlığını qoruyub saxlamağa çalışan Azərbaycan qadınının dözümündən, mübarizliyindən və daxili gücündən bəhs edir. Bu baxımdan “Zəngulə” romanı ədəbiyyat tariximizdə xüsusi yer tutur. Çünki Qarabağın işğl dövrü məhz qadın və uşaqların –dinc əhalinin küləvi şəkildə qətlə yetrilməsi ilə müşahidə edilirdi. Odur ki, roman Azərbaycan ədəbiyyatında mövcud olan hərbi-patriotik və ya sırf lirik-nostalji xətlərdən fərqli olaraq, qadın bədəninə yönəlmiş soyqırımı aktını və uşaq yaddaşının qeyd etdiyi dəhşətləri ən çılpaq realizmlə əks etdirən xüsusi mətndir. Müəllif mətndə işğal tariximizin fərdi və kollektiv yaddaşda buraxdığı izləri, qadın və uşaq psixologiyasının böhran anlarını, bədənə yönəlmiş zorakılığın fəlsəfi-ekzistensial mahiyyətini böyük ustalıqla yaradıb. Qarabağın işğalı təkcə sərhədlərimizin dəyişməsi və hərbi əməliyyatlarla məhdudlaşmırdı. Bu işğal ilk növbədə insanımızın varlıq strukturunun dağılması, ləyaqətin sınağa çəkilməsi və yaddaşın travmatik qırılması ilə müşahidə olunurdu. İşğal təkcə torpaqlarımızın itirilməsi ilə başa çatmırdı. Ermənilər torpaqların işğalı ilə pararlel şəkildə milli kimliğimizin də dağıdılması siyasətini həyata keçirirdilər. Onlar fiziki əzabla kifayətlənmir, eyni zamanda milli və dini kimliyimizi də məhv etməyə çalışırdılar.
Nüşabə Məmmədlinin mətnində Azərbaycan qadınının bədəni birbaşa müharibə meydanına çevrilir. Bir döşünə qızdırılmış xaç basılan, digər döşü kəsilən Xurşud müəllimə analıq, qidalandırma və maarifçilik simvolunun zorla dini-siyasi damğaya məruz qalmasıdır. Qarnı yırtılaraq uşağı çıxarılan hamilə Ceyran gələcək nəslin və xalqın bioloji varlığının kökündən məhv edilməsi cəhdidir. Əsir qadınların soyundurularaq geyimlərinin yandırılması şəxsiyyətsizləşdirmə və duyğusuzlaşdırma-mənəvi öldürmə aktı, insanı subyekt statusundan çıxarılaraq əşyaya çevrməkdir. İşğal siyasəti zamanı həyata keçirilən bu müharibə cinayələrini qələmə alan müəllif, eyni zamanda, bu mövzuda yazılan əksər bədii mətnlərin bir nömrəli problemi olan publisistikanı üstələyərək əsir düşərgəsindəki 9 yaşlı uşağın və əzab çəkən anaların gözü ilə milli nəsrimizdə nadir rast gəlinən sənədli dəqiqlik və naturalist cəsarət nümayiş etdirir. “Zəngulə” romanı müharibə travmasını sənədləşdirən, qadın və uşaq psixologiyasının ən həssas və qaranlıq künclərini cərrah dəqiqliyi ilə açan, dramatizmi çox yüksək bədii-psixoloji mətndir . Bədii fakt və canlı şahidlik, böyük faciənin çılpaq gerçəklik ədəbiyatımızda işlənsə də, "Zəngulə"də müəllifin təsvir cəsarəti göstərərək işgəncələri bu qədər anatomik və fizioloji dəqiqliklə (körpənin qətli, döşün kəsilməsi, gözün çıxarılması) qələmə alması Azərbaycan nəsrində nadir rast gəlinən, oxucunu birbaşa sarsıdan naturalist-realist təhkiyə yöntəmidir.
Qadın və Ana Obrazları
Klassik və müasir Azərbaycan nəsrində qadın-ana obrazı adətən səbirli, fədakar və dözümlü bir simvoldur. “Zəngulə” də isə bu arxetip müharibənin dağıdıcı təsiri ilə parçalanır və yenidən formalaşır: Şeyda xalanın dəliliklə qisas arasındakı son həmləsi Azərbaycan nəsrindəki ənənəvi "passiv ağlayan ana" modelini qırır. Fərdi qisası ilə qatili cəzalandıran aktiv subyektə çevrilir və məğrur anadan qisasçı anaya keçid edir. Ləyaqətin intiharı -Həcər nənə - Azərbaycan ədəbi ənənəsində qadının namus və ləyaqətini qorumaq üçün canına qəsd etməsi kimi klassik üslub romanda sırf varolma və hayata müqavimət aktı kimi işlənir. Romanın daha bir xüsusiyəti Qərb restoranında doğma səsi eşidən qəhrəmanın keçmişə qayıdışı, müasir dövrün "mühacirət və yaddaş" xəttidir ki, bu da ədəbi tənqiddə yüksək qiymətləndirilir. Bir sözlə, “Zəngulə” romanı ədəbiyyatşünaslığımızın həm müharibə nəsri, həm travma ədəbiyyatı, həm də milli arxetiplərin transformasiyası baxımından monoqrafik səviyyədə təhlil etməsinə ehtiyacı olan layiqli, zəngin bədii materialdır.
Müharibə Nəsri
N.Məmmədlinin romanı Azərbaycan ədəbiyyatının Qarabağ mövzusundakı zirvə əsərləri ilə müqayisə edildikdə özünəməxsus poetik çəkisi ilə seçilir. Belə ki, Sabir Əhmədlidə kədər daha çox atanın fərdi sükutu ilə ifadə olunursa, Nüşabə Məmmədlidə kollektiv qadın bədəninin fəryadına çevrilir. Aqil Abbasın "Dolu" romanındakı səngər qəhrəmanlığından fərqli olaraq, “Zəngulə”də silah susmuş, müharibə müdafiəsiz mülki əhalinin əsarət dramına fokuslanmışdır. Bu isə Qarabağın işğal prosesi və Xocalı soyqırımının bədii inikasında mühüm mərhələdir. Əsər müharibəni sadəcə qələbə və ya məğlubiyyət xronikası kimi deyil, qadın ləyaqətinin, ana şəfqətinin və uşaq məsumiyyətinin məruz qaldığı ən dərin travma kimi sənədləşdirir. Bədii faktın cəsarətlə təqdimi, folklorik kodların uğurlu tətbiqi və klinik-psixoloji dəqiqlik bu mətni Azərbaycan müharibə nəsrinin diqqətəlayiq nümunələrinin zirvəsinə qaldırır.
Müharibə, travma və total dağıntı nəsrinin möhtəşəm nümunələrindən olan “Zəngulə” romanı, XX və XXI əsr dünya müharibə və travma ədəbiyyatının -Holokost nəsri, QULAQ xatirələri (represiya ədəbiyyatı), Balkan müharibəsi ədəbiyyatı və post-müstəmləkəçi travma mətnləri- əsas estetik-fəlsəfi cərəyanları ilə müqayisəli müstəvidə də yanaşırkən özünəməxsus bədii yükü ilə seçilir. Ümumiyyətlə müharibə təsvirləri dünya nəsri tarixində iki böyük qütbə ayrılır: səngər qəhrəmanlığını, döyüş dinamikasını tərənnüm edən epik xətt və müharibənin mülki fərd, xüsusilə qadın və uşaq üzərində yaratdığı dağıntını sənədləşdirən "şahidlik ədəbiyyatı" . “Zəngulə” birbaşa ikinci qütbə — Holokostdan sonra Primo Levi, Eli Vizel, İmrə Kertes tərəfindən formalaşdırılan və Balkan faciəsindən sonra yeni nəfəs qazanan antropoloji-ekzistensial realizm məktəbinə daxildir. “Zəngulə”dəki Xocalı və Qarabağ hadisələri regional hərbi münaqişə çərçivəsindən çıxaraq, bəşəriyyətin üzləşdiyi total zülm və insansızlaşdırma prosesinin qlobal bədii modeli kimi çıxış edir. XX əsrin sonlarında Bosniya müharibəsi zamanı qadınlara qarşı törədilən zorakılıqlar dünya ədəbiyyatında qadın bədəninin simvolik müharibə meydanına çevrilməsi mövzusunu aktuallaşdırdı (örnəyi: Azərbaycan oxucusuna da yaxşı tanış olan, dünyanın bir çox dillərinə tərcümə olunmuş, alman jurnalist və yazarı Aleksandra Kaveliusun “Leyla” romanı). Nüşabə Məmmədlinin “Zəngulə” romanı Xorvat yazıçısı Slavenka Drakuliçin "Sanki mən orada yox idim" romanı ilə bu baxımdan heyrətamiz tipoloji yaxınlıq təşkil edir. Sistemli cinsi və bioloji terror, Drakuliçin əsərindəki düşərgə qadınları ilə Nüşabə Məmmədlinin romandakı qadınların taleyi, eyni zorakılıq mexanizmini bölüşən xarakterlər. Qadın bədəni təkcə fərdi zövq obyekti deyil, bir xalqın gələcək nəslini yox etmək, xalqı mənəvi baxımdan məhv etmək üçün hədəf seçilir.
“Zəngulə” romanının heyrətamiz süjet xətti və sarsıdıcı dramatik gücünə baxmayaraq, mətnin bəzi detalları daha da mükəmmələşdirilə bilər. Romanda hadisələr 9 yaşlı balaca qızın (Rəhimənin) dilindən nəql edilir, lakin təhkiyədə tez-tez 9 yaşlı uşağın şüuruna və lüğətinə uyğun gəlməyən, yetkin ədəbiyyatçıya və ya publisistə aid cümlələr araya girir, siyasi-tarixi şərhlər verilir: "Bakıda danışıqlar gedirdi. Sonralar bildik ki, Xocalı hadisəsində ermənilər bir kənarda qalıb günahkarı öz aramızda axtarırmışlar..." Ağır fəlsəfi mücərrədlik: "Dünya miqyasında heç vaxt bir insan... bu cür dəhşətlə qarşılaşmayıb və qarşılaşmayacaq..." Bu cür müdaxilələr uşaq danışığının təbii səmimiyyətini zədələyir və oxucuda personajın yox, müəllifin birbaşa tribunadan danışdığı hissini açılayır. Hadisələr onsuz da özlüyündə son dərəcə ağırdır. Müəllifin mətnin içinə girib "Onların qəddarlığının həddi-hüdudu yox idi", "Bu cür dəhşət heç yerdə olmayıb" kimi ümumiləşdirici qiymətlər verməsinə ehtiyac qalmır. Hadisənin çılpaqlığı ilə göstərilməsi oxucunun həmin nəticəyə özünün gəlməsi üçün kifayətdir .
“Zəngulə” romanının üslub baxımı və detal seçimində ikinci nəzərə çarpacaq boşluq düşmən obrazlarının karikaturlaşdırılmasıdır. Düşmən personajları -"göbələyə oxşayan", "donuz kimi", "heyvərə"- kimi bəzən yalnız zahiri eybəcərliklə təsvir olunur. Halbuki bədii nəsrdə zülmün əsl dəhşəti qatilin eybəcərliyində yox, onun soyuqqanlı, laqeyd və sistemli vəhşiliyində əks olanda daha sarsıdıcı alınır. Romanda Qurqen obrazında görünən xırda ziddiyyət bu cəhətdən ən uğurlu bədii ştrixdir və belə çoxqatlı detallar artırılmalıdır. Süjetdəki melodramatik təsadüflər və publisistik müdaxilələr cilalandıqda, bu mətn Azərbaycan ədəbiyyatının sərhədlərini aşaraq dünya travma və insan hüquqları ədəbiyyatının ən sanballı əsərləri ilə bir sırada dayanmaq gücünə malikdir.
Nəticə olaraq Nüşabə Məmmədlinin “Zəngulə” romanı Qarabağ müharibəsi və Xocalı soyqırımından başlayaraq girovluq, beynəlxalq orqan alveri, insan alveri, qürbətdə assimilyasiya və "ikinci qurbanlaşma" mərhələlərini əhatə edən çoxqatlı sənədli-psixoloji dramdır. Əsərin qəhrəmanı Rəhimənin bədəni müharibənin dağıntı xəritəsidir: Əvvəlcə zorakılıqla tökülən göz və şikəst edilən omba (fiziki terror); 13 yaşında məruz qaldığı cinsi zorakılıq (qadınlıq kimliyinin zorla ləğvi); Amerikada satılan tək böyrək (orqan alveri), qürbət restoranlarında səhnəyə çıxarılaraq "kirayə verilən əşya" statusu. Müharibə ədəbiyyatında atəşkəsdən sonrakı dövr çox vaxt cəbhə xəttinin donması kimi verilsə də, fərdin daxili dünyasında fəlakət bitmir; əksinə, formasını dəyişərək daha amansız mərhələyə qədəm qoyur. Rəhimənin "Mənim nəyim bütövdür ki: gözümün biri yox, bir ayağım şikəst, indi də tək böyrək..." düşüncəsi insanın bütöv bir fərd kimi ləğv edilib bioloji ehtiyat hissələrinə parçalanmasının, eyni zamanda mənəvi iflasın və dağılmanın ifadəsidir. Milli nəsrimizdə əksər Qarabağ əsərləri hadisələri cəbhə və ya qaçqın şəhərcikləri çərçivəsində saxladığı halda, “Zəngulə” romanı əsirlikdən sonrakı beynəlxalq orqan alveri və uşaq istismarı şəbəkəsini ədəbiyyata gətirməklə Azərbaycan nəsrində tamamilə yeni və cəsarətli bir xətt açır.
Romanın bu hissəsi müharibənin təkcə torpaq itkisi deyil, uşaq bədəninin, milli genofondun və insan ləyaqətinin transmilli ticarətə qurban verilməsi olduğunu ifşa edən ən sərt bədii mərhələdir. Əsər Azərbaycan ədəbiyyatının sərhədlərini aşır və dünya travma və insan hüquqları ədəbiyyatının ən təsirli romanlarından birinə çevrilmək gücünə malikdir. Təbii ki, bu prosesdə yazımın əvvəlində qeyd etdiyim kimi, passif ədəbi siyasətimiz uzun illərin ətalətindən sıyrılıb çıxa bilsə.
Kəbutər Hakvverdi
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
AFFA klubları cərimələyib
Bugün, 12:36 İDMAN
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:14 CƏMİYYƏT
-
Baham adalarında kiçik təyyarə yoxa çıxdı - Eyni ailənin 4 üzvündən xəbər yoxdur
Bugün, 11:56 DÜNYA
-
Çempionlar Liqası: bu gecə 6 oyun olacaq
Bugün, 11:44 İDMAN
-
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib - FOTOLAR
Bugün, 11:35 CƏMİYYƏT
-
Dünya Bankı Azərbaycanda aqrar sektor ilə bağlı əsas prioriteti açıqlayıb
Bugün, 11:33 İQTİSADİYYAT
-
DİM boş qalan yerlərə qəbul elan edib
Bugün, 11:17 GÜNDƏM
-
Sosial mediada "hoqqa" verən "blogerlər"in hesabı bloklanıb - Aralarında tanınmış simalar da var
Bugün, 11:06 PRESS
-
Kılıçdaroğlu İmamoğlunu "siyasi məhbus" saymır: "Özgür Özəl və tərəfdarlarının gedişi isə..."
Bugün, 10:58 SİYASƏT
-
Hakan Çalhanoğlu geyimi ilə gündəm oldu - FOTOLAR
Bugün, 10:49 İDMAN
-
İki kollecdə təyinatlar olub
Bugün, 10:31 CƏMİYYƏT
-
Küləkli havada 4 nəfər xəsarət alıb
Bugün, 10:25 CƏMİYYƏT
-
"Qalatasaray"ın sabiq futbolçusu yeni klubla anlaşdı
Bugün, 10:21 İDMAN
-
"Zəngulə” romanı - Şahidlik nəsri və müharibənin qlobal anatomiyası
Bugün, 10:09 PRESS
-
Fərid Şəfiyev: "Cənubi Qafqazda yeni geosiyasi landşaft formalaşıb"
Bugün, 10:02 SİYASƏT
-
Ağ Ev dəhlizlərində qısqanclıq krizi: Melaniya kimdən narahat olub? - "Mənim üçün ən dəyərli sənsən, əgər səhv etsəm..." (FOTO)
Bugün, 09:50 GÜNDƏM
-
Türkiyədə meşə yanğını: əhali yaşayış məntəqələrindən təxliyə olunub - FOTOLAR
Bugün, 09:32 GÜNDƏM
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Bugün, 09:19 İQTİSADİYYAT
-
Hacıqabulda avtomobil aşıb: 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb
Bugün, 09:13 KRİMİNAL
-
CHP-dən qovulan bələdiyyə sədri məhkəmədə huşunu itirdi
Bugün, 09:00 SİYASƏT
-
"Bavariya" "Qalatasaray"dan aldığı futbolçunu satışa çıxardı
Bugün, 00:24 İDMAN
-
Türkiyədə həbsdə olan kürd siyasətçi azadlığa buraxılır
Bugün, 00:24 DÜNYA
-
Bayılda külək binanın fasadını qopardı - VİDEO
Bugün, 00:17 CƏMİYYƏT
-
Sədr və qardaşına yaxın vəzifəlilər AZAL-dan uzaqlaşdırılıb - Yoxlamanın nəticəsi nə vaxt elan olunacaq?
Bugün, 00:12 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 MƏDƏNİYYƏT
-
Deputatın qardaşı və qardaşı arvadı haqqında qərar verildi - Ölkədən çıxışa qadağa və...
07.09.2026, 21:31 DÜNYA
-
Ərdoğan İsrailə xəbərdarlıq edib, İranla müharibə barədə mesajlar verib: "Sakit davranışımız heç kəsi aldatmasın!" - "Türkiyənin dostları qalib, düşmənləri məğlub olacaq"
07.09.2026, 20:13 GÜNDƏM
-
"Fənərbağça" yapon hücumçu üçün 25 milyon avro təklif verdi, rədd cavabı aldı
07.09.2026, 19:52 İDMAN
-
"Fənərbağça"da daha bir ayrılıq - İstanbuldan yola salanı olmadı
07.09.2026, 18:57 İDMAN
-
"Changan"ların mühərriki niyə tez sıradan çıxır? - VİDEO
07.09.2026, 18:42 İQTİSADİYYAT
-
Abid Şərifovun qardaşı oğlu təqaüdə göndərildi - Nazir əmr imzaladı
07.09.2026, 18:02 GÜNDƏM
-
Məşhur jurnalist ev dustaqlığına buraxıldı - 40 il müddətinə həbsi istənilirdi
07.09.2026, 17:51 PRESS
-
Energetika Nazirliyi: "IRENA ilə COP31-in enerji gündəliyi müzakirə edilib"
07.09.2026, 17:43 İQTİSADİYYAT
-
Partiya bəyanat yaydı - MƏTN
07.09.2026, 17:25 SİYASƏT