YAP Sumqayıt şəhər təşkilatının hesabat konfransı: nə və niyə tənqid edildi? - VİDEO, FOTOLAR

YAP Sumqayıt şəhər təşkilatının hesabat konfransı: nə və niyə tənqid edildi? - VİDEO, FOTOLAR

SİYASƏT

07.09.2026, 15:55

Bu gün YAP Sumqayıt şəhər təşkilatının hesabat konfransı keçirilib.

Mia.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə partiyanın qurucusu Ulu Öndər Heydər Əliyevin şəhərdəki abidəsini ziyarət edib.

Ziyarətə şəhərin icra başçısı Zakir Fərəcov, müavinləri, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, şəhərin deputatı Hicran Hüseynova və Elnarə Akimova qatılsa da, digər deputat Tahir Mirkişili gözə dəyməyb. 

Sosial mediada yayılan görüntülərdə iştirakçıların ziyarət zamanı əllərindəki gül dəstəsini könülsüz tutmaları və sair məqamlar da tənqid edilib.

Məsələn, Əkbər Topçuyev adlı izləyici partiyanın yaranmasına can qoyanların tədbirə dəvət olunmamasına etiraz edib: "Şəxsən mən bu partiyanın Sumqayıt şəhəri üzrə ilk gənc üzvü olmuşam. Pariyanın yaratdıq, noldu, məni dəvət etmədiniz".

Musaoğlu Mahir adlı şəxsin yazdığı bu şərh isə qısa zaman sonra silinib: "Bu ön sırada gül tutanlar niyə o gülü süpürgə tuturmuş kimi tutublar? Ulu Öndərin abidəsini ziyarətə gəliblər, amma çarəsiz, könülsüz. Nə məsələdir? Nədən narazısınız? Ətək-ətək pulları evinizə həvəslə aparırsınız, amma əlinizdəki gülləri Ulu Öndərin adına layiq şəkildə dik tutmağa həvəsiniz yoxdur...".

Xatırladaq ki, oktyabrın sonu, noyabrın əvvəllərində YAP-ın növbəti qurultayı keçiriləcək.

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR