Hakim Ziyeçin müqaviləsinə xitam verildi

Hakim Ziyeçin müqaviləsinə xitam verildi

İDMAN

Bugün, 09:00

"Vydad AC" klubu "Qalatasaray"ın sabiq oyunçusu Hakim Ziyeçi yola salıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, peşəkar karyerasına "Heerenveen"də başlayan Hakim Ziyeç daha sonra "Tvente" və "Ayaks"da oynayıb.

"Ayaks" ilə liqa və kubok titullarını qazanan mərakeşli futbolçu 2020-ci ildə "Çelsi"yə keçib. Ziyeç İngiltərə komandası ilə UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klublararası Dünya Kubokunu qazanıb.

2023-2025-ci illər arasında o,  "Qalatasaray"da da oynayıb, 34 matçda qol vurub.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR