“Nida”çı MTN-lə Baş Prokurorluğu məhkəməyə verdi

img

15-10-2014 [13:18]


Ötən ilin mart ayının 7-də MTN tərəfindən Cinayət Məcələsinin 228.3 (mütəşəkkil olaraq qanunsuz odlu silah saxlama, partlayıcı maddə və qurğular əldə etmə), 28.1. (Cinayətə hazırlıq), 220.1 (Kütləvi iğtişaş), 234.1. (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə həbs edilən «NİDA» vətəndaş cəmiyyətinin keçmiş fəalı Məmməd Əzizov Milli Təhlükəsizlik Nazirliyi ilə Baş Prokurorluğa qarşı yenidən şikayət verib.

 Mia.az xəbər verir ki, Məmməd Əzizov hər iki dövlət qurumunu təqsirsizlik prezumpsiyası pozularaq, məhkəmə qərarı olmadan barəsində Azərbaycan Dövlət Televiziyası və İctimai Televiziya daxil olmaqla, bir sıra mətbu orqanlarda "cinayət törətmiş şəxs" kimi təqdim edilməsindən və təzyiqlər nəticəsində ifadə verməyə məcbur edildiyini iddia edir: «Onun Səbail rayon Məhkəməsində bu iddiası rədd olunsa da, keçmiş «Nida»çı bu qərardan şikayət verib. Hazırda Məmməd Əzizovun şikayəti Bakı Apellyasiya Məhkəməsinin icraatındadır».

 Məlumata görə, M.Əzizovun şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun sədrliyi ilə bu gün baxılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA