"Buna susmaq mənim üçün doğru deyil" - Şair replikalara belə cavab verdi

\"Buna susmaq mənim üçün doğru deyil\" - Şair replikalara belə cavab verdi

SİYASƏT

Bugün, 12:57

"Mənim mövqeyim hər zaman aydındır. Möhtərəm Prezidentimizin ölkəmiz üçün gördüyü böyük işlərə və həyata keçirdiyi siyasətə hörmətlə yanaşıram. Mənim məqsədim görülən işlərin düzgün və keyfiyyətli həyata keçirilməsinə nəzarət etmək, dövlətin etimadından sui-istifadə edən hallara qarşı çıxmaqdır".

Mia.az xəbər verir ki, bu sözləri Kəlbəcərin Zar kəndindki keyfiyyətsiz tikintilərdən şiakyət edən şair Səxavət Kəlbəcərli deyb.

O, Mia.az-a açıqlamasında bildirib ki, dövlət tərəfindən ayrılan vəsaitin təyinatı üzrə xərclənməsini, görülən işlərin keyfiyyətli və vicdanla həyata keçirilməsini tələb etmək dövlətə qarşı olmaq deyil:: 

"Əksinə, dövlətə və dövlət başçısına hörmətin göstəricisidir. Kiminsə məsuliyyətsizliyi, keyfiyyətsiz işi və ya şəxsi maraqları dövlətin gördüyü böyük işlərin qarşısında sual doğurursa, buna susmaq mənim üçün doğru deyil.

Mənim mövqeyim bəllidir: dövlətin və xalqın maraqlarını hər şeydən üstün tuturam. Möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstək verir, dövlətin adına xələl gətirən hallara qarşı mübarizə aparıram".
Samir
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR