Keçmiş spikerdən istintaqa çəkilən deputatın atası ilə bağlı açıqlama: "Prokurorluq ifadəyə çağırsa..."

Keçmiş spikerdən istintaqa çəkilən deputatın atası ilə bağlı açıqlama: \"Prokurorluq ifadəyə çağırsa...\"

SİYASƏT

Bugün, 12:33

Türkiyə parlamentinin sabiq sədri, iqtidardakı AKP-nin qurucularından sayılan Bülent Arınc Almaniyada daşınmaz əmaklar alan, şirkətlər quran və ailə üzvlərinin həmin ölkənin vətəndaşlığı üçün müraciəti üzə çıxan Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Melih Gökçekə açılmış cinayət işindən danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sabiq spiker "bəyan edilməmiş pulların xaricdəki şirkətlərə köçürülməsi" epizodu üzrə istintaqa cəlb olunmuş AKP-li deputat Osman Gökçekin atası Melih Gökçeyi korrupsioner adlandırıb.

Sabiq spiker deyib ki, vaxtilə Gökçek haqqında ciddi kompromatlar ssələndirib, prokurorluğu bu iddialarını araşdırmağa çağırıb: "Lakin o vaxt məni dinləmədilər. İndi çağırsalar, yenə qaç-qaça gedər və əlimdəki sübutları təqdim edərəm. Mən sözümün üstündə duran adamam. İllərdir cinayət işləri üzrə vəkil işləmişəm. İfadənin nə olduğunu bilirəm. Amma məndən soruşduqları şeylər 2015-ci ildən əvvəlki hadisələrlə əlaqəlidir. İndiki faktlar barədə isə, düzü, məlumatlı deyiləm. Mən şəxsən yaşadığım və gördüyüm şeylər haqqında danışıram. İstintaq genişlənəcəksə, keçmişdəki şeylərin hesabı sorulacaqsa, mən onların suallarını cavablandıracağam".

Xatırladaq ki, Ankara Baş Prokurorluğu 29 avqustda Melih Gökçekə cinayət işi açıb. O, bu gün prokurorluqda ifadə verəcək.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR