Ərdoğana 10 il əvvəl sui-qəsd cəhdi: daha 10 nəfər saxlanıldı

Ərdoğana 10 il əvvəl sui-qəsd cəhdi: daha 10 nəfər saxlanıldı

SİYASƏT

Bugün, 11:56

15 iyul 2016-ci ildə Türkiyədə FETÖ-çuların Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd qrupunun üzvü olan  kapitan Burkay Karatepe ilə bağlı istintaq genişlənib.

Mia.az Türkiyə mətbuatına istinadla bildirir ki, bu barədə sui-qəsdə cəhdin baş verdiyi ərazi üzrə istintaqı aparan Muğla Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, FETÖ-nun 15 iyul çevriliş cəhdi zamanı prezident Ərdoğana sui-qəsd cəhdində iştirak edən şəxslər və həmin hadisədən ta ötən aya qədər axtarışda olan Karatepe gizlənmək üün maliyyə və digər yardımları göstərən 10 nəfər tutulub: "Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı çoxsaylı rəqəmsal materiallar və digər dəlillər aşkarlanaraq götürülüb. Faktla bağlı əlavə məlumat veriləcək".

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR