“AzerGold” QSC-də iki nəfər yeni vəzifəyə təyin edildi, bir nəfər isə... - FOTO

“AzerGold” QSC-də iki nəfər yeni vəzifəyə təyin edildi, bir nəfər isə... - FOTO

İQTİSADİYYAT

Bugün, 17:51

“AzerGold” QSC-də kadr təyinatları olub.

Mia.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sitarə Mustafazadə İnsan resurslarının idarəolunması şöbəsinin müdir müavini təyin olunub.

Bundan əlavə, Geoloji-geofiziki məlumatların təhlili sektorunun müdiri vəzifəsinin icrası Elfaq Məmmədova həvalə olunub.

Eyni zamanda, Monitorinq və təhlil sektorunun müdiri Kamil Paşayev isə vəzifəsindən ayrılıb.

Qeyd edək ki, yeni təyinatadək S.Mustafazadə İnsan resursları üzrə biznes tərəfdaşlığı sektorunun müdiri, Geoloji-geofiziki məlumatların təhlili sektorunun Aparıcı mütəxəssisi vəzifəsində çalışıb. K.Paşayev isə “AzerGold”dakı vəzifəsinə ötən ilin noyabrında təyin olunmuşdu.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR