AFFA bəzi klubları cəzalandırıb

AFFA bəzi klubları cəzalandırıb

İDMAN

Bugün, 16:18

AFFA İntizam Komitəsi bəzi klubları cəzalandırıb.

Mia.az xəbər verir ki, AFFA ilk olaraq "Kəpəz"i "Turan Tovuz"la oyunda 6  futbolçusunun  sarı vərəqə almaısna gərə 700 manat cərimələyib.

Bununla yanaşı, matç bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə "Kəpəz"ə 2500 manat cərimə kəsilib.

Meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə "Kəpəz" 3000 manat ziyana düşüb.

Bundan əlavə, "Qəbələ" – "Şamaxı" oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə "Qəbələ" 2500 manat ödəməli olacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR