Həbsdə olan baş redaktorla bağlı tədbir

img

15-10-2014 [12:27]


Bu ayın 28-də "Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsinin 3 ili tamam olur.  Bu münasibətlə vətəndaş cəmiyyəti nümayəndələri, media mənsubları, hüquq müdafiəçiləri, baş redaktorun həbsdən azad olunması üçün xüsusi səy göstərən millət vəkilləri, beynəlxalq təşkilat, eləcə də, müstəqil mətbuatın inkişafına dəyər verən demokratik dövlətlərin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin nümayəndələri  hazırda 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Əvəz Zeynallı ilə görüşmək üçün Ədliyyə Nazirliyi Pentensiar Xidmətinə rəsmi məktubla müraciət etmək niyyətindədirlər.
 
Bu barədə "Xural" qəzetinin rəhbərliyi məlumat yayıb.

Bildirilir ki, bu bir tədbirdir və dəvət olunan şəxslərin və ya onların nümayəndələrinin bu tədbirdə iştirakınız tərəfimizdən məmnunluqla qarşılanar.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA