Diktor Züleyxa Hacıyeva vəfat edib

Diktor Züleyxa Hacıyeva vəfat edib

PRESS

02.09.2026, 22:15

Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib.

Mia.az xəbər verir ki, bu barədə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov məlumat yayıb: "103 illik ömür, Azərbaycan radiosuna onilliklər boyu xidmət və milyonlarla dinləyicinin yaddaşında qalan unikal bir səs...

Allah rəhmət eləsin".

Qeyd edək ki, 1979-cu ildə Azərbaycan SSR Əməkdar artisti adına layiq görülən Züleyxa Hacıyeva Azərbaycan televiziyasında diktorluq fəaliyyəti ilə yanaşı, Sovet dövründə idman ustası kimi tanınıb.

O, 1941-ci ildə SSRİ idman ustası, 1941–1948-ci illərdə gimnastika üzrə 7 dəfə Azərbaycan çempionu olub. 1942-1992-ci illərdə Azərbaycan radiosunun diktoru olub, bir çox verilişlərin (Səhər gimnastikası, "Poeziya dəqiqələri", "Axşamınız xeyir" və s.) aparıcısı kimi yadda qalıb.

2002-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR