"Mançester Siti"dən daha bir bahalı transfer - 65 milyon funt sterlinq

\"Mançester Siti\"dən daha bir bahalı transfer - 65 milyon funt sterlinq

İDMAN

Bugün, 00:14

İngiltərə Premyer Liqa komandası "Mançester Siti" seneqallı cinah hücumçusu İliman Ndiayeni transfer edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klubun açıqlamasında "Everton"da oynamış 26 yaşlı oyunçunun beş illik müqavilə imzaladığı təsdiqlənib.

"Mançester Siti" transfer üçün "Everton"a bonuslar da daxil olmaqla 65 milyon funt sterlinq ödəyəcək.

İliman Ndiaye 2024-cü ildən bəri "Everton"da 74 oyunda meydana çıxıb və 17 qol vurub.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR