"Beşiktaş" Joao Mario ilə bağlı açıqlama yaydı

\"Beşiktaş\" Joao Mario ilə bağlı açıqlama yaydı

İDMAN

Bugün, 09:02

"Beşiktaş" portuqaliyalı futbolçu Joao Mario ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırdığını açıqladı.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Klub açıqlamasında bildirib ki, "Peşəkar futbolçu Joao Mario Naval Da Kosta Eduardonun müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib. Oyunçuya verdiyi töhfələrə görə təşəkkür edirik və gələcək karyerasında uğurlar arzulayırıq".

Ağ-qara klubun mövsüm planlarına daxil edilməyən 33 yaşlı futbolçu bir müddətdir komandadan ayrı məşq edirdi.

Portuqaliyalı oyunçu ötən mövsümü Yunanıstanın "AEK" klubunda icarə əsasında keçirib.

2024-2025 mövsümünün əvvəlində transfer edilən Joao Mario "ağ-qara" komandada 45 oyunda 10 qol vurub.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR