Vəkil bürolarında nöqsanlar aşkarlanıb

Vəkil bürolarında nöqsanlar aşkarlanıb

CƏMİYYƏT

Bugün, 14:58

Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib.

Mia.az xəbər verir ki, iclasda Vəkillərin İntizam Komissiyasının rəylərinə də baxılıb.

Rəyasət Heyətinin müvafiq qərarı ilə yol verilən intizam pozuntusuna görə 1 vəkil barəsində cərimə intizam tənbehi tətbiq olunub.

İclasda həmçinin kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə görülən işlər, əldə olunan nəticələr və qarşıda duran əsas prioritet istiqamətlər barədə məlumat verib.

Eyni zamanda iclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçirilməsi, öz arzusu ilə vəkillik fəaliyyətinə xitam verilməsi, müəyyən müddətə vəkillik fəaliyyətinin dayandırılması, habelə müəyyən müddətə üzvlük haqqının ödənilməsindən azad olunması ilə bağlı müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Həmçinin iclasda bəzi vəkil bürolarında aparılmış monitorinqlərin nəticələri barədə məlumat verilib. Qeyd olunub ki, monitorinq zamanı müəyyən nöqsanlar aşkarlanıb və onların qısa müddətdə aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Eyni zamanda monitorinq mexanizmlərinin daha da təkmilləşdirilməsi və bu istiqamətdə nəzarət tədbirlərinin səmərəliliyinin artırılması qərara alınıb.

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər müzakirə edilib, onların həlli istiqamətində müvafiq qərarlar qəbul olunub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR