Trampdan İrana mesaj: "Əgər qisasa cəhd etsəniz..." - BÖLGƏDƏ QARŞILIQLI ZƏRBƏLƏR DAVAM EDİR

Trampdan İrana mesaj: \"Əgər qisasa cəhd etsəniz...\" - BÖLGƏDƏ QARŞILIQLI ZƏRBƏLƏR DAVAM EDİR

GÜNDƏM

Bugün, 00:23

"İran ordusu bizim hücumlara qisasçı yanaşarsa, daha böyük zərbələrə məruz qalacaqlar".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Tramp İrana son hücum dalğası ilə açıqlamasında deyib.

Tramp bildirib ki, Amerika ordusu hazırda Hörmüz boğazı yaxınlığındakı İrana aid hərbi nöqtələri vurur: "Bunlar genişmiqyaslı və güclü hücumlardır. Bu hücumlar İranın Hörmüz boğazında yenidən dəniz minaları yerləşdirmək cəhdlərinə və İordaniyadakı Amerika bazasına 8 raket atmasına cavab olaraq həyata keçirilir. Əgər dediyim kimi, Tehranı qisas düşüncəsindən uzaq olmalıdır. Əks halda uğursuz İran dövləti daha sərt və daha böyük miqyaslı hücumla yenidən vurulacaq. Və bu, İrana böyük dağıntılar gətirəcək".

Xatırladaq ki, ABŞ-ın hücumundan dərhal sonra İran ordusu  ABŞ-a qarşı qisas alacağını açıqlayıb. Və az sonra ABŞ-ın bölgədəki baalarına dron və raketlərlə əks hücuma start verilib. 

Məlumata əsasən, hazırda bölgədə qarşılıqlı zərbələr fonunda gərginlik davam edir.

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR