Almaniya ilə Rusiya arasında gərginlik böyüdü: konsulluq və "Rus evi" qapadılacaq - Nazirlər mətbuat konfransı keçirdi, NATO-dan dəstək gəldi

Almaniya ilə Rusiya arasında gərginlik böyüdü: konsulluq və \"Rus evi\" qapadılacaq - Nazirlər mətbuat konfransı keçirdi, NATO-dan dəstək gəldi

GÜNDƏM

Bugün, 00:14

Almaniya ilə Rusiya arasında diplomatik gərginlik pik hədd çatıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb 4 avqustda Leypsiq hava limanına edilən dron hücumunun arxasında Rusiyanın çıxması göstərilir.

Almaniya Xarici İşlər Nazirliyindən bildirilib ki, 4 avqustda Leypsiq-Halle hava limanına edilən dron hücumunun arxasında Rusiya dayanır: "Bu hücuma cavab olaraq Almaniya 18 sentyabr tarixindən etibarən Bonndakı Rusiya Baş Konsulluğunu bağlayacaq. Bununla bərabər, Berlindəki Rus Evi ilə bağlı müqavilə ləğv olunacaq...".

Daxili İşlər naziri Aleksandr Dobrindt və Xarici İşlər naziri Yohann Vadeful birgə mətbuat konfransında bildiriblər ki, hava limanında partlayıcı maddələrlə yüklənmiş dronla uğursuz hücumun Rusiyanın əmri ilə həyata keçirildiyi təsdiqlənib: "Rusiyanın təhlükəli davranışı Avropaya qarşı uzunmüddətli qeyri-sabitlik, dezinformasiya, təhdid, sabotaj və təcavüz cəhdlərinin bir hissəsidir. Rusiyanın Almaniyaya açıq düşmənçiliyi cəhdi cavabsız qalmayacaq. Almaniya hökuməti əlaqvə təhlükəsizlik tədbirlərini də artıracaq. Bundan sonra Rusiya vətəndaşları üçün giriş nəzarətini də gücləndiririk. Əlavə olaraq, Rusiyanın kölgə donanmasının ovlanması səylərinə güclü dəstək verəcəyik".

XİN başçısı isə deyib ki, hadisə ilə bağlı Rusiyanın Berlindəki səfiri nazirliyə çağırılıb, ona nota verilib.

Yeri gəlmişkən, ABŞ kəşfiyyatı partlayıcı maddələrlə yüklənmiş PUA-nın xüsusiyyətlərinin Rusiya hərbi kəşfiyyatına aid olduğunu təsdiqləyib.

NATO-nun baş katibi Mark Rutte də məsələyə münasibət bildirib. Onun sözlərinə görə, Almaniya ilə tam həmrəydirlər: "Rusiyadan qaynaqlanan hibrid təhdidlərdən tutmuş hər bir həmlələrə hazırlıq görülür".

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR