"Fənərbağça" klubu "Qalatasaray"ın keçmiş hücumçusundan şikayət edib - Səbəb

\"Fənərbağça\" klubu \"Qalatasaray\"ın keçmiş hücumçusundan şikayət edib - Səbəb

İDMAN

Bugün, 00:08

"Fənərbağça" klubu "Qalatasaray"ın keçmiş hücumçusu, hazırda idman şərhçisi olan Necati Ateşdən prokurorluğa şikayət edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb onun "Fənərbağça"nın yeni transferi Mason Qrinvudun transfer haqqının 50 milyon avro olduğunu göstərən sənədin olmasını iddia etməsidir.

Məlumata görə, klub bu iddianı sərt şəkildə rədd edərək, bildirib ki, futbolçu Fransanın "Marsel" komandasından 39 milyon avroya transfer olunub və bu, müvafiq sənədlərdə öz əksini tapıb: "50 milyon avroya guya transfer edilməsi barədə nümayiş olunan sənəd isə saxtadır. Bu cür saxta sənədə əsaslanaraq  cəmiyyətdə çaşqınlıq yaradan şəxslər, o cümlədən Necati Ateş barədə Prokurorluğa müraciət olunub".

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR