DƏYİŞƏN SƏDR, DƏYİŞMƏYƏN İDARƏÇİLİK: yaxud AAYDA-da kimlərin ulduzu parlayıb?

DƏYİŞƏN SƏDR, DƏYİŞMƏYƏN İDARƏÇİLİK: yaxud AAYDA-da kimlərin ulduzu parlayıb?

CƏMİYYƏT

Bugün, 09:03

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) keçmiş sədr Saleh Məmmədovun kadrları "burulğan"dan çıxaraq Vüsal Nəsirlinin çətiri altında yeni vəzifələrə təyinatlar almağa başlayıb.

Bu barədə Mia.az-a verilən məlumata görə, onların yenidən "dirçəlmələri"ndə təxminən iki ay əvvəl  AAYDA sədrinin müavini təyin olunan Kamran Əzizovun müstəsna rolu var.

İddialara görə, V.Nəsirlinin təyinatından sonra vəzifəsindən ilk azad olunacaqların siyahısında gözlənilən və adları müxtəlif ciddi qalmaqallı məsələlərdə qabarıq hallanan bəzi vəzifəlilər, o cümlədən Kamran Əzizov hansısa "sehrli əl"in gücüylə yeni sədrin "qəlbi"nə yol tapıb: "Bəli, faktdır ki, Vüsal Nəsirlinin təqdimatıyla sədr müavini təyin olunan Kamran Əzizovun mövqeyi gücləndikdən sonra AAYDA-da müsbət kadr gözləntiləri tədricən arxa plana keçməyə başlayıb. Üstəlik, K.Əzizovun təyinatdan sonra adları korrupsiyada hallanan Saleh Məmmədovdan qalma vəzifəli şəxslərin çoxunun "ulduz"u parlayıb. Onların bir çoxu hazırda regional idarələrdən tutmuş, baş idarələrə qədər irəli çəkilirlər. Bir neçə idarə direktorları var ki, onlar da optimalaşdırma adı altında aparılan struktur dəyişikliyinə uyğun olaraq, yaxın günlərdə yeni vəzifələrə təsdiqlənəcək. Hələlik onlar barədə indidən  informasiya bölüşmək istəmirəm. Təsdiqləndikdən sonra adlarını saytınıza təqdim edərik...".

Məlumatlı şəxs deyir ki, Kamran Əzizov sayəsində "süzgəc"dən keçərək yerini möhkəmləndirən, yəni, yeni vəzifələrə təyinat alanlar arasında vergi orqanlarına böyük məbləğdə borcu olanlar da var.

Əhməd

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR