Zakir Həsənov Türkiyədədir

Zakir Həsənov Türkiyədədir

SİYASƏT

Bugün, 00:01

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir.

Mia.az xəbər verir ki, o, Türkiyənin Milli Müdafiə Universitetinin Quru Qoşunları, Hərbi Dənizçilik və Hərbi Təyyarəçilik məktəblərinin buraxılış mərasiminə qatılıb.

Tədbirə qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxışında məzunları təbrik edib.

Sonra plana uyğun olaraq məzunlara diplomlar təqdim olunub.

Qeyd edək ki, hərbi məktəbləri müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomları Z. Həsənov təqdim edib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR