Almaniyada çoxsaylı mənzillər, şirkət və... - Ankara bələdiyyəsinin keçmiş sədri həbs təhlükəsiylə üzləşib

Almaniyada çoxsaylı mənzillər, şirkət və... - Ankara bələdiyyəsinin keçmiş sədri həbs təhlükəsiylə üzləşib

SİYASƏT

Bugün, 16:47

Ankara bələdiyyəsinin keçmiş sədri Melih Gökçekin həbs ediləcəyi xəbəri ölkədə böyük rezonas doğurub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, iddiaların fonunda bu gün sabiq bələdiyyə sədri, prezident Ərdoğanın alovlu tərəfdarı, oğlu Osman Gökçek isə iqtidar partiyasının siyahısı ilə Ankaradn deputat seçilmiş Melih Gökçekin Almaniyada sərvəti haqqında da şok iddialar yayılıb.

Bu barədə açıqlama verən jurnalist Murat Ağırel bildirib ki, Melih Gökçek və ailəsi Almaniyada şirkət yaradıb və üstəlik, ən azı 18 mənzilli bir bina alıblar: "Bundan əlavə, ailə 8,5 milyon avro dəyərində ticarət mərkəzi alıb. Beləliklə, Gökçen ailəsi Türkiyədən milyonlarla avro çıxarıblar. Onlar 2023-cü ildən başlayaraq, Kölndə 30.000 avro kapitalı olan HAMAG şirkətinə 722.000 avro, bir az sonra isə 3.857.000 avro, Düsseldorfda 18 mənzilli binanın alınması üçünsə 3.857.000 avroya köçürüblər...".

İddialara sərt reaksiya verən Melih Gökçek bunu təkzib edib. O, Almaniya barədə xəbəri böhtan adlandırıb: "Murat Ağırelə qarşı məhkəmədə iddia qaldıracam"

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR