İsrail ilə Türkiyə arasında gərginlik müharibəyə çevrilə bilər? - TƏHLİL
SİYASƏT
27.08.2026, 16:55
İsrail ilə Türkiyə arasında davam edən və daha çox siyasi-diplomatik sferada özünü göstərən gərginlik son zamanlar daha ciddi hal alıb. Belə ki, İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın İdlib əyalətinin şərq hissəsindəki “Əbu-əl-Duhur” hərbi aviabazasına zərbə endirməsinin ardınca Ankara ilə Təl-Əviv arasında hərbi eskalasiya riski artıb.
İsrail–Türkiyə gərginliyi 2010-cu il “Mavi Mərmərə” olayından sonra başlasa da, keçən 16 il ərzində nadir yumşalma cəhdləri istisna olmaqla, artan templə davam edib.
Hər iki ölkə Suriyada öz təhlükəsizlik maraqlarını qorumaq istəyir. Türkiyə Suriya hökuməti ilə hərbi əməkdaşlığını və oradakı təsirini artırmaq niyyətindədir. İsrail isə Türkiyənin Suriyada hərbi mövcudluğunu böyütməsindən və bunu daimi hala gətirməsindən, beləliklə gələcəkdə bunun Təl-Əvivə qarşı təhlükə yarada biləcəyindən narahatdır.
Təsadüfi deyil ki, İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyənin Suriyada hərbi mövcudluğuna qarşı olduqlarını deyib. O qeyd edib ki, Suriyada İsrail üçün təhlükə yaradan Türkiyənin hərbi mövcudluğuna dözməyəcəklər.
Türkiyə, əslində, İsrail üçün təhdid deyil. Ankaranın əsas reaksiyası Təl-Əvivin işğalçı və aqressiv genişlənmə siyasətinədir. Bundan başqa, mülki şəxslərin öldürülməsi, müharibə cinayətləri də Ankaranın haqlı narazılığına səbəb olur.
İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın İdlib əyalətinin şərq hissəsindəki “Əbu-əl-Duhur” hərbi aviabazasına zərbə endirməsi isə açıqca Ankaraya meydan oxumaqdır.
Məncə, Türkiyə də, İsrail də birbaşa müharibəni istəmir. Çünki belə bir qarşıdurmanın həm hər iki ölkəy, həm də bütün region üçün çox ağır nəticələri olar. Ona görə də hazırda ən məntiqli yol danışıqlar və hərbi toqquşmanın qarşısını alan əlaqə kanallarıdır.
Türkiyə–İsrail gərginliyinin böyüməsini, müharibəyə keçməsini bəlkə də ən çox Azərbaycan istəmir. Təl-Əviv Bakının strateji tərəfdaşı, Ankara isə müttəfiqidir. Bakı illərdir belə bir seçim qarşısında qalmamaq üçün pərdəarxası diplomatik fəaliyyətləri genişləndirib. İstisna deyil ki, Azərbaycan bir neçə dəfə İsrail və Türkiyə arasında pərdəarxası danışıqlara vasitəçilik edib. Hətta Suriya–İsrail danışıqları belə Bakının vasitəçiliyi ilə baş tutub. Bu mənada vəziyyətin pisləşməsi ehtimallarını nəzərə alsaq, Bakı yenidən tərəfləri bir araya gətirərək uzlaşdırmağa cəhd edə bilər.
Qeyd edim ki, bu məsələ Azərbaycan qədər ABŞ-ı da narahat edir. Hər iki ölkə Vaşinqtonun Yaxın Şərqdəki mühüm müttəfiqləridir.
ABŞ-ın siyasi iradəsi ilə Azərbaycanın vasitəçiliyi əsasında Türkiyə və İsrail arasında rəsmi, yaxud pərdəarxası danışıqlar baş tuta bilər. Bu, gərginliyi bitirməsə də, ən azı həlli mümkün olan bəzi məsələlər üzrə problemlərin aradan qalxmasına səbəb ola bilər.
Turan Rzayev
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sabah yağış yağacaq
Bugün, 12:39 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Tokayevə məktub ünvanlayıb
Bugün, 11:07 GÜNDƏM
-
Laçın və Qubadlıya sulu qar, Kəlbəcər və Ordubad qar yağıb
Bugün, 11:05 CƏMİYYƏT
-
Deputatın oğlunun adının hallandığı qətl işi... - "Ceyhun Sabunçu" kimdir?
Bugün, 10:27 KRİMİNAL
-
Heydər Əliyev Sarayında "Turandot" tamaşasının premyerası keçirilib - FOTOLAR
Bugün, 10:00 MƏDƏNİYYƏT
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb
Bugün, 00:04 KRİMİNAL
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 MƏDƏNİYYƏT
-
YAP-da gözlənilməz görüş - Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə nələri müzakirə etdi?
24.10.2026, 23:43 SİYASƏT
-
Prezident və ailə üzvləri "FIFA U-15 World Cup and Festivalı"nın rəsmi açılışında - FOTOLAR (Yenilənib)
24.10.2026, 22:34 GÜNDƏM
-
Bakıda Zeytun Festivalının rəsmi açılışı olub - FOTO
24.10.2026, 21:35 GÜNDƏM
-
Xətaidə kütləvi dava: “Ceyhun Sabunçu” ölüb, 9 nəfər tutulub, deputatın oğlu və... - DTX-dən əməliyyat + VİDEO, FOTOLAR (YENİLƏNİB)
24.10.2026, 19:36 KRİMİNAL
-
Gəncədə 60 yaşlı qadın bıçaqlandı
24.10.2026, 18:02 KRİMİNAL
-
Kirayə mənzil mexanizmində yeni qaydalar: Əlçatanlıq artır, yoxsa maliyyə intizamı sərtləşir?
24.10.2026, 17:22 İQTİSADİYYAT
-
Dilarə Əliyeva ARB rəhbərinin müşaviri təyin olundu
24.10.2026, 17:13 PRESS
-
Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidentinin başına güllə çaxıldı - Saxlanılanların arasında iki türk də var
24.10.2026, 16:32 KRİMİNAL
-
Leysan yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
24.10.2026, 15:03 GÜNDƏM
-
Xəzər dənizinin sahilində 173 ölü nərə balığı aşkarlandı - Nə baş verir?
24.10.2026, 12:30 GÜNDƏM
-
Binalar qazlaşdırılmadan elektrikləşməyə keçir? - VİDEO
24.10.2026, 11:27 CƏMİYYƏT
-
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
24.10.2026, 11:19 CƏMİYYƏT
-
Azərbaycan neftinin qiyməti rekorda doğru gedir - Daha 4.6 dollar bahalaşdı
24.10.2026, 10:19 İQTİSADİYYAT
-
XİN: "Birləşmiş Millətlər Günü mübarək!"
24.10.2026, 10:01 SİYASƏT
-
Zaqatalada silsilə oğurluq... - Həbs olunan var
24.10.2026, 09:23 KRİMİNAL
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
24.10.2026, 00:06 CƏMİYYƏT
-
“Azərduz”un içindən qum dənələri və xırda daşlar çıxıb - FOTO
23.10.2026, 23:22 İQTİSADİYYAT
-
TRAMPIN XANIMI DA SİYASƏTƏ ATILDI - Ukraynadakı bir bölgə üçün atəşkəs mesajı verildi
23.10.2026, 22:47 GÜNDƏM
-
Baxçalı Azərbaycan səfiri ilə bir arada: "Türkiyə ilə Azərbaycanın bir-birinə olan etimadı qorumaq..."
23.10.2026, 20:30 SİYASƏT
-
"Türkiye Sığorta" şirkətinin istefa verən direktoru yenidən saxlanılıb
23.10.2026, 20:03 KRİMİNAL
-
Gəncədə beşaylıq körpə ölüb
23.10.2026, 19:55 CƏMİYYƏT
-
Hacıqabulda müşavirə - Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı tapşırıqlarından irəli gələn vəzifələr müzakirə olunub + FOTOLAR
23.10.2026, 19:47 CƏMİYYƏT
-
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi vurulub - XİN açıqlama yaydı
23.10.2026, 19:01 GÜNDƏM
-
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
23.10.2026, 19:01 YAZARLAR
-
Moskvada 4 hava limanında uçuşlar dayandırıldı - Dron hücumu var
23.10.2026, 18:53 GÜNDƏM
-
İordaniyada kilsəyə hücum: 9 əfər öldürülüb - FOTOLAR
23.10.2026, 18:47 DÜNYA
-
MHP lideri: "Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması vacibdir"
23.10.2026, 18:34 SİYASƏT