MOSKVADA AZƏRBAYCANA QARŞI TƏXRİBAT: nə və niyə baş verdi? - TƏHLİL
SİYASƏT
Bugün, 16:32
Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin qonaq evi qarşısında naməlum şəxslər tərəfindən təxribat xarakterli şəkillər yerləşdirilib. Azərbaycan Xarici İşlər Nazirliyi də insidenti kəskin şəkildə pisləyib və Rusiya tərəfini hadisəyə hüquqi qiymət verməyə çağırıb.
Ümumiyyətlə, Azərbaycanın Rusiya ilə hər hansı problemi yoxdur. Bakı münasibətlərin qarşılıqlı hörmət və praqmatik əməkdaşlıq əsasında davam etdirilməsində maraqlıdır. Azərbaycanın Rusiya-Ukrayna müharibəsinə yanaşması da prinsipial və birmənalıdır. Bakı bu müharibəni işğal xarakterli müharibə kimi qiymətləndirir və Ukraynanın ərazi bütövlüyünü, beynəlxalq hüquq çərçivəsində haqlı mövqeyini dəstəkləyir. Bununla belə, Azərbaycan Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalara qoşulmayıb, Qərbin bu ölkəyə təzyiq siyasətinin iştirakçısına çevrilməyib.
Əslində, Azərbaycanın bu siyasəti həm Moskva, həm də Kiyev üçün kifayət qədər aydın mesajdır: Bakı tərəflərdən birinin siyasi düşməni olmaq niyyətində deyil. Azərbaycan əksinə, münasibətlərin normallaşdırılması və qarşılıqlı anlaşmanın əldə olunması üçün etibarlı dialoq platforması rolunu oynamağa hazırdır.
Lakin Bakının bütün bu yanaşmasına və xoş niyyətinə baxmayaraq, Rusiyada Azərbaycana qarşı təxribat xarakterli addımların ardı-arası kəsilmir.
Elə Azərbaycan XİN-in son bəyanatında da bu məqam xüsusi vurğulanıb. Nazirlik bildirib ki, hadisənin Bakı-Moskva münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət etməsilə yanaşı, son dövrlərdə Rusiyanın bir sıra media resurslarında Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın tərkib hissəsi olması istisna deyil.
Bu, kifayət qədər ciddi mesajdır. Çünki söhbət yalnız bir neçə naməlum şəxsin hazırladığı plakat və ya şəkillərdən getmir. Problem ondan ibarətdir ki, belə təxribatlar Azərbaycana qarşı aqressiv ritorikanın gücləndiyi bir informasiya mühitində baş verir. Əgər media məkanında bir ölkəyə qarşı davamlı şəkildə təhqiramiz və düşmənçilik ritorikası formalaşdırılırsa, bunun küçədə təxribat şəklində ortaya çıxması artıq təsadüfi hadisə kimi qiymətləndirilə bilməz.
Təbii ki, konkret insidentin təşkilatçıları və motivləri araşdırılmalıdır. Azərbaycan tərəfinin Rusiyadan tələbi də məhz budur: hadisəyə hüquqi qiymət verilsin, məsul şəxslər müəyyənləşdirilsin və belə halların təkrarlanmasının qarşısı alınsın.
Əslində, burada Azərbaycanın Rusiyadan gözləntisi heç də qeyri-adi deyil. Hadisə Rusiyanın paytaxtında, Azərbaycan diplomatik nümayəndəliyinə məxsus obyektin qarşısında baş verib. Diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsi yerləşdiyi dövlətin birbaşa öhdəliyidir.
Azərbaycan XİN-in 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına istinad etməsi də məhz bununla bağlıdır. Bakı Moskvadan sadəcə “narahatlığımızı bölüşürük” tipli diplomatik açıqlama gözləmir. Azərbaycan konkret hüquqi tədbirlər görülməsini və bu cür təxribatların qarşısının alınmasını tələb edir.
İstisna deyil ki, Moskva əvvəlki bəzi hallarda olduğu kimi, məsələnin üzərindən ümumi ifadələrlə keçməyə və insidenti ayrı-ayrı şəxslərin hərəkəti kimi təqdim etməyə çalışsın. Lakin belə yanaşma problemin həlli deyil. Əksinə, hər dəfə bu cür hadisələrin cavabsız qalması yeni təxribatlar üçün zəmin yaradır.
Bakı öz milli maraqlarını qorumaq iqtidarında olan, regional proseslərdə çəkisi artan və müxtəlif güc mərkəzləri ilə müstəqil siyasət yürüdən dövlətdir. Azərbaycanın Rusiya ilə münasibətləri qorumaq istəyi də zəiflikdən irəli gəlmir. Əksinə, bu, Bakının öz maraqlarını anlayaraq məsuliyyətli və praqmatik siyasət yürütməsinin nəticəsidir.
Bakı münasibətlərin gərginləşməsində maraqlı deyil, amma bu, Rusiyada Azərbaycana qarşı istənilən təxribatın cavabsız qalacağı anlamına gəlmir. Azərbaycan öz ərazisində Rusiyanın diplomatik nümayəndəliyinə qarşı analoji təxribatlara imkan vermirsə, eyni məsuliyyəti Moskvadan da gözləməyə tam haqqı var.
Bu, hadisədən sonra söz artıq Moskvanındır.
Rusiya ya Azərbaycanla münasibətlərdə qarşılıqlı hörmət prinsipinin həqiqətən işlədiyini nümayiş etdirəcək, ya da susqunluğu ilə son dövrdə yaranan narahatlıqları daha da dərinləşdirəcək.
Turan Rzayev
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Özgür Özəl "Kılıçdaroğlu baba nə edir?" sualına elə cavab verdi ki...
Bugün, 18:10 SİYASƏT
-
Qənirə Paşayevanın qardaşı üksək vəzifəyə təyin olundu
Bugün, 18:01 CƏMİYYƏT
-
Bakıda və İmişli rayonu ərazisində yaşıllıqlara zərər vurublar
Bugün, 17:49 CƏMİYYƏT
-
"Qalatasaray" 39 milyon avroluq təklifə "yox" dedi
Bugün, 17:26 İDMAN
-
Azərbaycanın qeyri-neft sektoru üzrə əsas şirkətləri... - SİYAHI
Bugün, 17:12 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Almaniyada çoxsaylı mənzillər, şirkət və... - Ankara bələdiyyəsinin keçmiş sədri həbs təhlükəsiylə üzləşib
Bugün, 16:47 SİYASƏT
-
MOSKVADA AZƏRBAYCANA QARŞI TƏXRİBAT: nə və niyə baş verdi? - TƏHLİL
Bugün, 16:32 SİYASƏT
-
Püşkatma: "Beşiktaş" və "Trabzonspor"un rəqibləri oldu - SİYAHI
Bugün, 16:20 İDMAN
-
Kəlbəcərə dolu yağıb
Bugün, 16:04 GÜNDƏM
-
Türkiyədə qaydasız döyüş üzrə çempion güllələndi: "Dedi ki, sən Doğansanmı, "yox" desəm də, vurdu"
Bugün, 15:55 KRİMİNAL
-
İSRAİLİN BAŞ NAZİRİ SURİYADA YENİ ƏRAZİLƏRİ ƏLƏ KEÇİRƏCƏKLƏRİNİ BƏYAN ETDİ: "Buna ehtiyac var, Türkiyəyə isə..."
Bugün, 15:43 GÜNDƏM
-
"Xbet", "MostBet" və "Vimpay" platformaları və... - Yeni əməliyyat keçirildi, saxlanılanlar var
Bugün, 15:17 KRİMİNAL
-
"Lyon"la matçda dava: "Fənərbağça"lı futbolçunu ağır cəza gözləyir
Bugün, 15:08 İDMAN
-
Şəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd oldu - Seçkisinin tarixi məlum oldu (Yenilənib)
Bugün, 15:02 MƏDƏNİYYƏT
-
Türkiyənin nüfuzlu kriminal lideri geri dönür? - Mesaj ciddi müzakirə yaradıb
Bugün, 14:54 KRİMİNAL
-
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürdü
Bugün, 14:32 MƏDƏNİYYƏT
-
Nigar Fərhad sərbəst buraxılıb
Bugün, 14:24 PRESS
-
RƏSMİ TEHRAN BÖLGƏNİ MÜHARİBƏYLƏ HƏDƏLƏDİ: "Bizim neft sata bilmədiyimiz bölgədə heç kim sata bilməyəcək"
Bugün, 14:19 GÜNDƏM
-
Tibetdə indi də nəhəng su anbarının bəndi yarıldı, xalqa xəbərdarlıq olundu: "Daha yüksəklərə qaçın"
Bugün, 14:03 DÜNYA
-
Qurbanova "aktyor" deyən sabiq deputatı hədələyirlər: "Axırım necə olacaq, heç özüm də bilmirəm"
Bugün, 13:44 SİYASƏT
-
SOCAR-da daha bir dəyişiklik - Rövşən Nəcəf özünə yeni müşavir götürdü (FOTO)
Bugün, 13:35 İQTİSADİYYAT
-
Tərcüməçi Ziya Muradovun ölümü araşdırılır
Bugün, 13:33 PRESS
-
"İranlılar yalvarır, danışmaq istəyirlər, ancaq mən istəmirəm" - Trampın açıqlamasına İran XİN başçısından reaksiya
Bugün, 13:26 GÜNDƏM
-
Gəncədə bazarda qadın öldürüldü - Oğlu saxlanıldı
Bugün, 13:15 KRİMİNAL
-
Hansı tələbələr təhsil haqqından azaddır? - SİYAHI
Bugün, 13:10 GÜNDƏM
-
Baş nazir Dövlət Proqramının icrası barədə sərəncam verdi - Detallar
Bugün, 13:03 GÜNDƏM
-
“Bakcell”in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
Bugün, 12:57 İQTİSADİYYAT
-
Nazirin müşaviri BDU-ya qəbul olunub
Bugün, 12:50 SİYASƏT
-
Jurnalist Sabunçudakı 22 minlik rüşvət faktından yazdı: "İcra başçısının da iştirak etdiyi söhbətlər aylarla..." - Kimlər rüşvəti aktla geri qaytarıb?
Bugün, 12:34 CƏMİYYƏT
-
İki qum-çınqıl yatağı hərraca çıxarıldı
Bugün, 12:31 İQTİSADİYYAT
-
Bakının üç rayonunda memarlıq abidələrində icazəsiz tikinti işlərinin qarşısı alındı - Baş Prokurorluq məlumat yaydı
Bugün, 12:29 CƏMİYYƏT
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:17 CƏMİYYƏT
-
ABŞ Venesuelanın sərvətinə "çökür" - Neft ehtiyatının 30 faizi ələ keçirilir
Bugün, 12:16 İQTİSADİYYAT