"Mənə pul verin, nə istəsiz, onu edərəm" - Əli Kərimliyə şok ittiham

img

14-10-2014 [16:42]


«Hər şeydən öncə onu deyim ki, 12 oktyabrdı keçirilən tədbir mitinq deyildi. Piketdən də zəif bir aksiya idi». 

Bu fikirləri mia.az saytına açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Onun sözlərinə görə, terrorçularla birgə olmaq arzusu ilə yaşayan Kərimov Əlinin və ermənilərin qayınatası olan Cəmil Həsənlinin özlərini nümayiş etdirmək cəhdi idi: «Onlar bu yolla mesaj verirlər ki, biz də terroristlərlə bir yerdə olarıq, onlarla birləşib ölkədə qan tökə bilərik. Bu adamlar həmişə göynən gediblər. On minlərlə insanın meydana çıxacağını deyirdilər, amma ordakıların əksəriyyəti heç Milli Şuranın üzvləri və dəstəkçiləri deyildi».

MMP sədri onu da bildirib ki, həmin gün aksiya təyin etsələr də, qarışıqlıq yaratmaq istəmədikləri üçün buna getməyiblər: «Aksiyada mənim müavinim də iştirak edib. Camaatın mitinqə gəlməsinin qarşısını almaq üçün komissiya yaratmışdıq və bu istiqamətdə Müasir Müsavat Partiyanın Gənclər Təşkilatı ilə müəyyən tədbirlər gördük. Biz də aksiya keçirəcəkdik. Buna görə də bütün fəallarımız orada idi. Maşınların içində "boçka”lar gətirmişdik ki, ayağmızın altına qoyub, səs gücləndiricilər vasitəsi ilə çıxışlar edək. Şəxsən mən özüm də maşının içində oturub gözləyirdim. Hüquq-mühafizə orqanlarından olan yoldaş xahiş elədi ki, bu addımı atmayaq. Belə olsa, qırğın düşər və qarşısını ala bilməzlər. Biz qan düşməsin deyə, piket keçirmədik. Milli Şuranın mitinqinə az adam gəldi. Bu da bizim təbliğatımızın uğurudur. Deyirdilər ki, 10 min nəfər insan iştirak edəcək. Biz onun qarşısını aldıq. Ora gələnlərə də başa saldıq ki, Milli Şuranın məqsədi nədir. Əslində, orda olan insanların 90 faizi bir də Milli Şuraya yaxın durmayacaq. Orda maraqlı bir məqam da olmuşdu. İsa Qəmbər bizim partiyanın üzvlərinə deyirdi ki, bəlkə siz də başlayasınız, sizə də dəstək verək”.

H.Hacıyevin sözlərinə görə, Əli Kərimli bu mitinqi təşkil etməklə yarış keçirmək niyyətində idi: «O, bununla göstərmək istəyirdi ki, Azərbaycanda müxalifət odur. Bununla Qərbə, Amerikaya da, erməni Asala təşkilatına mesaj verir ki, mənə stavka edin. Hətta İŞİD terror təşkilatının bayrağını qaldırmaqla, demək istəyir ki, mənə pul verin, nə istəsəz, onu edərəm. Belə baxanda, istədiyinə qismən də nail oldu. Bir məsələ aydın oldu ki, Əli Kərimli terror təşkilatlarının, Qərb dövlətlərinin köməkliyi ilə meydanı ələ alsınlar və ölkədə aranı qarışdırsınlar. Sözsüz ki, biz bunun qarşısını alırıq və buna qarşı kəskin mübarizə aparacağıq. Ancaq bunları daim diqqətə çatdırmaq lazımdır ki, xəyanətkar əməlləri davam etdirə bilməsinlər».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA