ABŞ Venesuelanın sərvətinə "çökür" - Neft ehtiyatının 30 faizi ələ keçirilir

ABŞ Venesuelanın sərvətinə \"çökür\" - Neft ehtiyatının 30 faizi ələ keçirilir

İQTİSADİYYAT

Bugün, 12:16

 ABŞ Venesuela neft yataqlarından təxmiinən 30 faiz pay almağa hazırlaşır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məqsədlə ABŞ-dakı Donald Tramp administrasiyası Karakas rejimiylə danışıqlar aparır.

Məlumata əsasən,  ölkənin neft ehtiyatlarında mülkiyyət payı əldə etmək üçün Venesuelanın müvəqqəti hökuməti ilə danışıqlar yekunlaşmaq üzrədir.

Amerikanın məşhur "Axios" portalına danışan ABŞ rəsmiləri bildiirb ki, danışıqlar ABŞ Dövlət Katibi Marko Rubio və Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez arasında aparılıb: "Prosesdə Ağ Evin Aparat rəhbərinin müavini Stiven Millerin iştirak edir".

ABŞ rəsmiləri bildiriblər ki, Venesuelanın təxminən 300 milyard barel olan təsdiqlənmiş ehtiyatlarından təxminən 90 milyard barelini (30 faiz) almaq planlanıb: "Bu, təxminən neftlə zəngin 10 yatağa sahiblənmək demək olacaq. Bu yataqlara sahiblənmək həm də ABŞ-ın neft ehtiyatlarını ikiqat artıra bilər. Razzılaşmanı tarixi və son dərəcə əhatəli bir sənədlə təsdiqlənəcək"

Samir MUSAYEV

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR