UEFA Avropa Liqası: "Trabzonspor" darmadağın edildi

UEFA Avropa Liqası: \"Trabzonspor\" darmadağın edildi

İDMAN

Bugün, 00:30

Bu gün UEFA Avropa Liqası pley-off mərhələsinin ilk oyununda doğma meydanında Macarıstanın   "Ferensvaroş" komandasına 1-0 uduzan "Trabzonspor" revanşda darmadağın edilib.

Mia.az xəbər verir ki, Qara dəniz komandasının futbolçusu Ruslan Malinovski 13-cü dəqiqədə kobud oyuna görə qırmızı vərəqə alaraq komandasını zərbə altında qoyub.

Bundan snra hücumlarını artıran ev sahibləri 19-cu dəqiqədə Kallum O'Dovdanın, 54-cü dəqiqədə Marius Korbunun, 57-ci dəqiqədə penaltidən hesabı 3-ı çatdıırb.

Onu da qeyd edək ki, penaltiyə səbəb olan "Trabzonspor"un oyunçusu Sidni Kabral da meydandan qovulub.

Bu dəqiqədən  sonra 9 oyunçu ilə meydanda qalan türklər  86-cı dəqiqədə daha bir qol buraxıb.

Oyun bu hesabla başa çatıb. Beləliklə, iki oyunun nəticəsinə görə 5-0 uduzan "Trabzonspor" Konfrans Liqasına yuvarlanıb.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR