RUSİYA AVROPANIN ÜÇ NƏHƏNG ÖLKƏSİNİ HƏRBİ ZƏRBƏ İLƏ HƏDƏLƏDİ: "Onlar bu məsuliyyətdən yaxa qurtara bilməzlər"

RUSİYA AVROPANIN ÜÇ NƏHƏNG ÖLKƏSİNİ HƏRBİ ZƏRBƏ İLƏ HƏDƏLƏDİ: \"Onlar bu məsuliyyətdən yaxa qurtara bilməzlər\"

GÜNDƏM

Bugün, 19:19

"Ukrayna xaricindəki Britaniya hərbi obyektləri Rusiya ərazisinə edilən hücumlara cavab olaraq hədəfə alına bilər. Hər kəs bilməlidir ki, ölkəmizin mülki əhalisinə qarşı müharibə cinayətləri törədənlər cəzasız qala bilməz".

Mia.az Rusiya mətbuatına istinadla bildirir ki, bu sölzəri  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova  Moskvada həftəlik mətbuat konfransında jurnalistlərin sualına cavabda deyib.

Fransa, Britaniya və Almaniyanın Ukrayna ilə bağlı gərginliyi artırdığını iddia edən Zaxarova  bildirib ki, xüsusən rəsmi London və Paris bəzi hərbi sistemləri ukraynalılara təhvil verməklə Rusiya ərazisinə  hücumlara görə məsuliyyət daşıyırlar: "Onlar bu məsuliyyətdən yaxa qurtara bilməzlər. Bu, işə yaramayacaq. Paris, London, Berlin və digər ölkələr terror hücumlarına görə birbaşa məsuliyyət daşıyırlar. Böyük Britaniya 2023-cü ildən bəri Ukraynaya "Fırtına Kölgəsi" qanadlı raketləri tədarük edir. Üstəlik, London Kiyevə bu raketlərin istehsalı üçün dəstəyi də verirlər".

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR