"İslam NATO-su" genişlənir - Başqa bir ölkə dəvət olundu

\"İslam NATO-su\" genişlənir - Başqa bir ölkə dəvət olundu

SİYASƏT

Bugün, 18:00

Bu ilin 7 avqustunda Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişinə daha bir ölk dəvət olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Banqladeş xarici işlər nazirinin müavini Humayun Kabir jurnalistləri məlumatlandırıb.

O bildirib ki, Banqladeş bu ittifaqa dəvət olunub: "Əgər Yaxın Şərqdəki İslam ölkələri arasında təhlükəsizlik müqaviləsi varsa, bizim də ona qoşulmağı düşünməyimiz qeyri-adi deyil. Bu məsələyə müsbət yanaşılır. Onlar Banqladeşi, xüsusən də Baş nazir Tariq Rəhmanı qoşulmağa dəvət edirlər."

Xatrladaq ki,  hər hansı bir təcavüz aktına qarşı kollektiv çəkindirməni gücləndirməyi hədəfləyən saziş üç dövlətdən hər hansı birinə qarşı edilən hər hansı bir silahlı hücumun hamısına qarşı edilən hücum kimi qəbul ediləcəyini nəzərdə tutur.

E.ARAZ

miaa.z

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR