TÜRKİYƏDƏ KEÇMİŞ NAZİRİN OĞLU EVİNDƏ GÜLLƏLƏNDİ

TÜRKİYƏDƏ KEÇMİŞ NAZİRİN OĞLU EVİNDƏ GÜLLƏLƏNDİ

KRİMİNAL

Bugün, 16:05

Türkiyədə keçmiş idman naziri və "Trabzonspor"un mərhum prezidenti Mehmet Ali Yılmazın oğlu Soner Yılmaz evində güllələnib.

Mia.az türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə İstanbulun Bebek bölgəsində baş verib.

Məlumata görə, hər iki ayağından üç güllə yarası alan sabiq nazirin oğlu xəsətxanaya çatdırılıb: "O,  əməliyyat olunub, vəziyyəti stabildir. Polis faktla bağlı araşdırmaya başlayıb".

Xəbərdə onu kimin və ya kimlərin güllələdiyi hələlik açıqlanmayıb.

Xatırladaq ki, Mehmet Ali Yılmaz 24 aprel 2024-cü ildə vəfat edib. Keçmiş Gənclər və İdman Naziri  və deputat olan Mehmet Ali Yılmazın oğlu Soner Yılmazın oğlu isə bizneslə məşğuldur.
Onu da qeyd edək ki, Mehmet Ali Yılmaz Antalyadakı Zigana Holiday Village, Tek-Art Holding və Yılmaz Yayınları A.Ş.-nin Direktorlar Şurasının da sahibi olub. Onun beş övladı var.
Samir MUSAYEV
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR