AZAL-ın fantastik qiymət oyunu və ya Dövlət Proqramına "qəsd": müqayisəli qiymətlər və ekspert rəyi...
İQTİSADİYYAT
Bugün, 13:50
Azərbaycanda hava nəqliyyatı əlaqələrinin genişləndirilməsi və aviabilet qiymətlərinin daha əlçatan olması istiqamətində tədbirlər görülməsi nəzərdə tutulur.
Bu məsələ Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Sənəddə Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, uçuş tezliyinin artırılması, aviabilet qiymətlərinə əlçatanlığın yüksəldilməsi və regional hava limanlarının potensialından səmərəli istifadə üçün təşviq tədbirlərinin görülməsi kimi məsələlər yer alır. Bununla yanaşı, aviabilet qiymətlərinin əlçatanlığının artırılması, regionlarda yerləşən hava limanlarına yeni beynəlxalq uçuşların cəlb edilməsi, eləcə də aşağıbüdcəli aviaşirkətlərin ölkəyə cəlb olunmasının təşviq edilməsi də planlaşdırılır.
Məlum məsələdir ki, ölkədə əsas uçuşların böyük əksəriyyəti "Azərbaycan Hava Yolları"nın (AZAL) kurasiyasındadır. Hazırda AZAL ölkəxarici 50 şəhərə, ölkədaxili isə 2 şəhərə müntəzəm uçuşlar həyata keçirir. Bu gün ava yolu ilə sərnişin daşımalarının 97 faizi AZAL-ın tabeliyindədir.
Qiymətlərə gəlincə, sosial şəbəkələrdə edilən paylaşımlar, aparılan müzakirələr, tez-tez yerli KİV-lərdə dərc olunan məqalələr və ekspert şərhlərindən də aydın olur ki, AZAL-ın qiymət siyasəti əksər vətəndaşların ürəyincə deyil.
Azərbaycanda quru sərhədlər bağlandıqdan sonra hava nəqliyyatından istifadə edən sərnişinlərin sayı və əldə olunan gəlirləri aşağıdakı formada daha aydın şəkildə anlamaq olar:
- 2020-ci ildə 577,9 min nəfər sərnişin daşınıb - 343 milyon 383 min manat gəlir əldə olunub;
- 2021-ci il də1 milyon 132 min nəfər sərnişin daşınıb - 635 milyon 109 min manat gəlir əldə olunub;
- 2022-ci ildə 2 milyon 253 min nəfər sərnişin daşınıb - 1 milyard 261 min manat gəlir əldə olunub;
- 2023-cü ilğə 2 milyon 911 min nəfər sərnişin daşınıb - 1 milyard 473 min manat gəlir əldə olunub;
- 2024-cü ildə 4 milyon 44 min nəfər sərnişin daşınıb - 2 milyard 99 min manat gəlir əldə olunub.
Məsələn, elə 24 avqust tarixində AZAL ilə Bakı–Tbilisi 207 manat, Bakı–İstanbul isə 764 manat təşkil edir. Avropanın bəzi istiqamətlərində qiymətlər daha yüksəkdir - Paris 1124 manat, Barselona 1193 manat, Moskva 1167 manat, Sankt-Peterburq 1209 manat. Daha uzun məsafəli istiqamətlərdə isə qiymətlər belə dəyişir - Pekinə 2420 manat, Dohaya 1050 manat, Şarm əl-Şeyxə 1198 manat.
Bakıdan AZAL ilə ən yaxın tarixlər üçün qeyd olunan qiymətlər belədir:
İstiqamət Tarix Qiymət
İstanbul 24 avqust 437 manat
Tbilisi 24 avqust 187 manat
Aktau 24 avqust 644 manat
Dubay 13 sentyabr 962 manat
Paris 25 avqust 1124 manat
Barselona 25 avqust 1193 manat
Moskva 24 avqust 1167 manat
Sankt-Peterburq 24 avqust 1209 manat
London 25 avqust 609 manat
Vyana 25 avqust 661 manat
Minsk 1 sentyabr 781 manat
Praqa 26 avqust 639 manat
Batumi 25 avqust 237 manat
Doha 11 sentyabr 1050 manat
Təl-Əviv 24 avqust 2247 manat
Milan 25 avqust 549 manat
Təbriz 16 sentyabr 207 manat
Pekin 25 avqust 2420 manat
Mumbay 24 avqust 364 manat
Yeni Dehli 24 avqust 478 manat
Şarm əl-Şeyx 26 avqust 1198 manat
Bakı-Paris 1124 manat, Tbilisi–Paris 330 manat…
Maraqlıdır ki, Bakıdan fərqli olaraq İstanbul, Tbilisi və İrəvan hava limanlarından uçuşlara nəzər saldıqda, daha ucuz qiymətlərlə qarşılaşırıq. Səbəb isə məlumdur - bu hava limanlarında dünyanın müxtəlif ölkələrinin onlarla aviaşirkəti uçuşlar həyat keçirir və yaranan rəqabət fonunda qiymətlər də sərnişinlər üçün daha əlçatan olur.
Məsələn, 24–25 avqust tarixləri üzrə İstanbuldan Moskvaya bir istiqamətli bilet təxminən 300 manatabaşa gəlir. Eyni şəhərdən Parisə uçuş üçün qiymət 87 manat, Milana uçuş üçün isə 103 manata biletlər təklif olunur.

İrəvandan uçuşlarda da fərqli qiymətlər görünür. İrəvan–Moskva istiqamətində bir istiqamətli bilet təxminən 468 manat təşkil edir.
İrəvan–Paris istiqamətində isə qiymətlər daha geniş diapazonda dəyişir. 5 sentyabr üçün qiymətlər 370 manatdan başlayır.
Tbilisidən Avropaya uçuşlarda da qiymətlər aşağıdır. 24 avqust üçün Tbilisi–Paris istiqamətində bilet 194 dollardan, yəni təxminən 330 manatdan başlayır. Tbilisi–Londoni stiqamətində isə bir istiqamətli biletlər təxminən 150 manatdan başlayır.
Tbilisi–Milan istiqamətində də müxtəlif qiymətlər mövcuddur. Bir istiqamətli ən aşağı tarif 71 dollar, yəni təxminən 121 manat göstərilir.
Bəs bazara yeni aviaşirkətlərin cəlb edilməsi həqiqətəndə digər müxtəlif istiqamətlərə biletləri daha əlçatan edə bilərmi?
İqtisadçı Xalid Kərimli “AzPolitika”ya açıqlamasında bildirib ki, nəzərdə tutulan tədbirlər həyata keçirilərsə, Azərbaycandan da 40-50 avroya uçuşların həyata keçirilməsi mümkün ola bilər.

Onun sözlərinə görə, hazırda İrəvan və Tbilisidən həyata keçirilən bir sıra uçuşlar həmin ölkələrin milli aviaşirkətləri tərəfindən deyil, Wizz Air, Pegasus, Ryanair və digər aşağıbüdcəli aviaşirkətlər tərəfindən həyata keçirilir. Bu aviaşirkətlər bir ölkəyə uçuş həyata keçirdikdən sonra sərnişinləri həmin hava limanından digər istiqamətlərə də daşıyırlar.
İqtisadçı qeyd edib ki, aşağıbüdcəli aviaşirkətlərin Azərbaycana cəlb olunması müəyyən nüanslarla bağlıdır və onların Bakı hava limanından istifadəsinin təmin edilməsi asan proses deyil.
“Amma bunu edə bilsələr, təbii ki, Azərbaycanda da yeni uçuş istiqamətləri yaranacaq. Hazırda bizdə də Abu-Dabi, Budapeşt, Roma kimi istiqamətlərə nisbətən ucuz biletlər mövcuddur. İndi özümüz də 50 dollara, 30 avroya, hətta 40 avroya müxtəlif şəhərlərə gedə bilirik. Aşağıbüdcəli aviaşirkətləri cəlb edə bilsək, onlara hava limanı xidmətlərini daha ucuz təqdim edə bilsək, bu, mümkün olar. Çünki aşağıbüdcəli aviaşirkətlərin əsas xüsusiyyəti təyyarə və hava limanı xidmətlərinin daha aşağı qiymətlərlə təmin olunmasıdır. Onlar üçün əlverişli şərait yaradılsa və müvafiq imkanlar təmin edilsə, daha münasib qiymətlərin formalaşması və rəqabətin yaranması mümkündür. Bu halda yerli aviaşirkətlər, o cümlədən AZAL da rəqabət şəraitində qiymətlərini daha ədalətli formalaşdıra bilər. Yəni, bu, nəzəri baxımdan mümkündür. Əgər bunun icrası da nəzərdə tutulan şəkildə həyata keçirilərsə, Tbilisi, Batumi və ya İrəvan bunu edə bilirsə, Azərbaycanın da bunu həyata keçirməsi mümkündür”, – deyə Xalid Kərimli bildirib.
Elvin Bəyməmmədli
"AzPolitika.info"
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan və Pakistan hərbçiləri arasında görüş olub
Bugün, 15:48 GÜNDƏM
-
Türkiyədə bütöv bir kənd satışa çıxarıldı - Eynən tarixi filmdəki kimi...
Bugün, 15:39 DÜNYA
-
Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
Bugün, 15:24 GÜNDƏM
-
TƏBİB-dən yola salındı, Mərkəzdə işlə təmin edildi - Sabiq departament müdiri yeni vəzifəyə təyin olundu
Bugün, 15:14 CƏMİYYƏT
-
Azərbaycan və Ermənistan rəsmiləri sərhəddə bir araya gəldi - Nələr müzakirə olunub?
Bugün, 15:07 GÜNDƏM
-
ERMƏNİSTANIN DAHA BİR KEÇMİŞ PREZİDENTİ SAXLANILDI
Bugün, 14:59 GÜNDƏM
-
"Fənərbağça" təkzib etdi
Bugün, 14:54 İDMAN
-
Monitorinq: yarasız dondurmalar məhv edilib
Bugün, 14:48 İQTİSADİYYAT
-
"Kapital Bank"la bağlı daha bir ilginc şikayət: kart niyə bloklanıb?
Bugün, 14:28 İQTİSADİYYAT
-
Xalq artisti başqa xəstəxanaya köçürülüb
Bugün, 14:20 CƏMİYYƏT
-
Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb (Yenilənib)
Bugün, 14:09 KRİMİNAL
-
Avropa Məhkəməsi Ərdoğanın qəzəbinə gələn hüquq müdafiəçisi barədə qərar verdi: dərhal azad olunmalı və təzminat ödənilməlidir!
Bugün, 14:08 SİYASƏT
-
AZAL-ın fantastik qiymət oyunu və ya Dövlət Proqramına "qəsd": müqayisəli qiymətlər və ekspert rəyi...
Bugün, 13:50 İQTİSADİYYAT
-
"ABŞ-ın iqtisadi təzyiqi qarşısında geri çəkilməyəcək, lazım gələrsə..." - İrandan sərt xəbərdarlıq
Bugün, 13:49 İQTİSADİYYAT
-
Tovuzda 20 yaşlı qadın bıçaqlandı
Bugün, 13:24 KRİMİNAL
-
Xalq artisti Tofiq Bakıxanov ikinci Fəxri xiyabanda torpağa tapşırılıb (Yenilənib)
Bugün, 13:11 MƏDƏNİYYƏT
-
Banklarla bağlı yenilik: müştəri şikayətlərinə baxılması üzrə yeni qərarın icrası başlanır - NƏLƏR OLACAQ?
Bugün, 13:05 İQTİSADİYYAT
-
"Qalatasaray"ın seneqallı hücumçuya 50 milyon avro təklif etdi, klub razılaşmadı - "Buraxın məni..."
Bugün, 12:49 İDMAN
-
Musiqi Kollecinə direktor təyin olunub - FOTO
Bugün, 12:45 MƏDƏNİYYƏT
-
Sabah hava necə olacaq?
Bugün, 12:35 CƏMİYYƏT
-
Rusiya "Starlink"ə rəqib qlobal peyk internet şəbəkəsi yaradır - "Şəfəq" gələn il istifadəyə veriləcək
Bugün, 12:13 GÜNDƏM
-
"Qəbul planı 97,07 faiz dolub" - Məleykə Abbaszadə
Bugün, 12:05 GÜNDƏM
-
QARABAĞA NÖVBƏTİ KÖÇ OLUB
Bugün, 11:59 GÜNDƏM
-
Netanyahu canlı yayımda ağzından dövlət sirrini qaçırdı: "İran oğluma sui-qəsd cəhdi etdi"
Bugün, 11:52 DÜNYA
-
Hörmüz boğazında daha bir tanker vurulub
Bugün, 11:37 GÜNDƏM
-
Süleymançılar təriqətinə qarşı növbəti əməliyyat: 54 nəfər həbs olunub, 14 şirkətə qəyyum göndərilib
Bugün, 11:37 SİYASƏT
-
TƏBİB rəhbərindən daha br təyinat - Teymur Mirzəbəyli direktor oldu (FOTO)
Bugün, 11:19 CƏMİYYƏT
-
LAMİYƏ ZAMANIN GÜZGÜ ÜZƏRİNDƏ PORTRET ƏSƏRİNİN TƏQDİMATI OLDU - FOTOLAR
Bugün, 11:04 MƏDƏNİYYƏT
-
Kürəkən yatmış vəziyyətdə qayınatasını öldürüb
Bugün, 11:00 KRİMİNAL
-
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bugün, 10:56 CƏMİYYƏT
-
MALİYYƏ NAZİRLİYİ İLƏ AAYDA-nın YOXLAMALARI: nəticə cəmiyyətə niyə açıqlanmadı?
Bugün, 10:48 İQTİSADİYYAT
-
Ermənistanın sabiq prezidenti və oğlu qandallandı
Bugün, 10:31 GÜNDƏM
-
Faiz müqabilində borc verilməsi... - Ali Məhkəmə sələmçilərlə bağlı yeni izahat yaydı
Bugün, 10:28 CƏMİYYƏT
-
Azərbaycan təhsil tarixində yeni rekord qeydə alınıb - Bu ixtisasa keçid balı..
Bugün, 10:02 GÜNDƏM