Hörmüz boğazında daha bir tanker vurulub

Hörmüz boğazında daha bir tanker vurulub

GÜNDƏM

Bugün, 11:37

Hörmüz boğazında - Omana yaxın dəniz ərazisində hərəkətdə olan daha bir tanker vurulub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi bəyanat yayıb.

Bildirilib ki, hadisə Omanın şimal-şərqində, Şisa sahillərindən təxminən 9 dəniz mili məsafədə baş verib.

İddia olunur ki, neft tankerinin mühərrik otağına hələlik bəlli olmayan hansısa tərəf raket zərbəsi endirib: "Zərbədən sonra mühərrik otağı yararsız hala düşüb, gəminin  ekipajın təhlükəsiz əraziyə təxliyə olunub".

Xəbərdə deyilir ki, faktla bağlı araşdırma aparılır.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR