Prezident İlham Əliyev Buxara şəhərinə gedib - VİDEO (Yenilənib)

Prezident İlham Əliyev Buxara şəhərinə gedib - VİDEO (Yenilənib)

GÜNDƏM

24.08.2026, 16:47

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri avqustun 24-də Buxara şəhərində "Poyi-Kalon" kompleksi ilə tanış olublar.

Mia.az xəbər verir ki, bu kompleksin adı "Böyüyün ətəyində" mənasını verir. Onun əsas abidələrindən biri olan Kalon minarəsi 1127-ci ildə inşa olunub.

Kalon məscidi Buxaranın ən böyük məscididir. XVI əsrdə inşa olunan məsciddə eyni anda 12 min insanın ibadət etməsi mümkündür.

Kompleksdəki Mir-i Ərəb mədrəsəsi dini təhsil müəssisəsidir. Mədrəsə XVI əsrdə Abdullah Yəməni - Mir-i Ərəb tərəfindən inşa etdirilib.

***

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri avqustun 24-də Buxara şəhərində "Ark" qalası ilə tanış olublar.

Qeyd edək ki, "Ark" qalası eramızdan əvvəl IV əsrdə inşa olunub. Onun hazırkı görkəmi isə əsasən XVII–XVIII əsrlərdə formalaşıb. Qaladan XX əsrin əvvəllərində Buxara hökmdarlarının qış iqamətgahı kimi istifadə olunurdu. Hazırda qala 4 hektar ərazini əhatə edir. Qalanın böyük hissəsi 1920-ci ildə dağılıb. 1947-ci ildən qala ərazisində Buxara Dövlət Muzey-Qoruğu fəaliyyət göstərir.

***

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri avqustun 24-də Buxara şəhərində İsmayıl Samani türbəsi ilə tanış olublar.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 24-də Özbəkistanın paytaxtı Daşkənd şəhərindən Buxara şəhərinə gəliblər.

Mia.az xəbər verir ki, Buxara Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşılayıblar.

***

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri davam edir.

Mia.az xəbər verir ki, səfərin 2-ci günü Buxara şəhərində davam edəcək.

Səfərin işıqlandırılması üçün media heyəti artıq Buxara şəhərindədir.

***

***

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR