Özgür Özələ dəstək verən deputat qəfil geri çəkildi: "Ərdoğanla görüşdüm.."

Özgür Özələ dəstək verən deputat qəfil geri çəkildi: \"Ərdoğanla görüşdüm..\"

SİYASƏT

Bugün, 00:13

CHP-dən istefa verən və Yeni Partiyanın lideri Özgür Özelə dəstəyini açıqllayan Sakaryadan deputat Ümit Dikbayır gözlənilməz U dönüşü edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, gözlənilənin əksinə olaraq Yeni Partiyaya keçməyəcəyini açıqlayıb.

Deputat etiraf edib ki, buna Prezident Ərdoğan tərəfindən görüşə dəvət olunması və onunla uzun və səmimi müzakirəsi səbəb olub: "Prezident məni Prezident Sarayında qəbul etdi, fikirlərimi dinlədi və görüşümüz boyunca son dərəcə nəzakətli bir yanaşma nümayiş etdirdi. O, AK Partiyaya qatılmağımı istədi, partiyasına dəvət elədi. Mən də cənəb prezidentə dedim ki, "icazənizlə məsləhətləşim, sonra fikrimi açıqlayım". Açığı, AK Pariyaya üzv olacağam".

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR