İİV epidemiyasına qarşı cavab tədbirləri necə keçirilir?
CƏMİYYƏT
21.08.2026, 11:50
İnsanın İmmunçatışmazlığı Virusu (İİV) əleyhinə profilaktika işləri təkcə risk qrupundan olan həssas təbəqələrin tibbi-hüquqi xidmətlərə əlçatanlığının təmin edilməsi sayılmır.
Bu, ictimai səhiyyənin qorunması üçün vətəndaş cəmiyyəti təşkilatlarının dövlət qurumları ilə əməkdaşlığının nümunəsidi.
Bu barədə Mia.az-a məlumat verən “Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin sədri Zülfiyyə Mustafayevanın sözlərinə görə, qeyri-hökumət təşkilatları (QHT) bu xüsusda Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) ilə sıx tərəfdaşlıq çərçivəsində ölkədə genişmiqyaslı proqram icra edir.
Yüksək riskə məruz qalan əhali qrupları üçün milli imkanların, profilaktika və müalicə xidmətlərinin gücləndirilməsi vasitəsilə İİV epidemiyasına qarşı cavab tədbirlərinin genişləndirilməsi üçün həyata keçirilən proqrama AİDS, Vərəm və Malyariya üzrə Qlobal Fond (QF) maliyyə dəstəyi göstərir. Proqram həmçinin dərmanlara davamlı Vərəm xidmətlərinə çıxışın və keyfiyyətinin davamlılığının təmin edilməsini nəzərdə tutur. Proqramın əsas resipiyenti Səhiyyə Nazirliyidi.
Z.Mustafayeva bildirir ki, seks bizneslə məşğul olan qadınlar İİV-ə yoluxma riski yüksək olan əhali qrupudu və onların arasında İİV profilaktikası aparılır: “Bu fəaliyyət səhiyyə xidmətlərini birbaşa risk qrupunun ayağına aparmağı, stiqma və diskriminasiya qorxusu ilə tibb müəssisələrinə müraciət edə bilməyən qadınlara dəstək olmağı nəzərdə tutur. Səyyar və mobil məntəqələr vasitəsilə İİV-in ekspress testlərlə (kart test) sürətli diaqnostika təşkil olunur. Eyni zamanda, innovativ metod olan ağız suyu testi vasitəsilə özünü-müayinə xidmətləri təşviq edilir. Bu yanaşma həssas qrupların qorxularını yenməyə və tam anonim şəkildə öz sağlamlıq statusunu öyrənməyə imkan verir".
QHT sədri onu da əlavə edir ki, qeyd olunan fəaliyyət autriç işçilərin vasitəsilə həyata keçirilir: “Onların üzərinə yüksək müayinə hədəfləri düşür. 20 il əvvəl biz autriçin üzərinə geniş əhatə tələbi qoya bilmirdik. Həm layihə yeni idi, biz də öyrənirdik, həm də autriçə uyğun kontingenti tapa bilmirdik. Son 17 ildə autriç fəaliyyəti o qədər gücləndi və işçilərin potensialı artdı ki, biz artıq böyük əhatəni hədəfləyə bilirik. Bu isə o deməkdi ki, proqrama qoşulanlar hər il yenilənir, fəaliyyət davamlı və kəsintisiz olur və biz təkcə hədəf qrupu olan qadınlar yox, onların müştərisi olan kişilərə də çıxış əldə edərək ikincili əhatədə İİV profilaktikasını təmin edə bilirik. Tay-taya prinsipi layihələrin əsasını təşkil edir”.
Hüseyn
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Putin: "Rusiya və Ukrayna razılığa gələ bilər"
22.10.2026, 23:57 GÜNDƏM
-
Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi genişlənir
22.10.2026, 22:23 İQTİSADİYYAT
-
Qobustan qəsəbəsində iki qardaş bıçaqlanıb
22.10.2026, 21:34 KRİMİNAL
-
Danimarka Rusiyaya qarşı silahlanır
22.10.2026, 21:34 DÜNYA
-
Çində zəlzələ oldu - 7 bal gücündə
22.10.2026, 21:20 DÜNYA
-
Tramp: "İran uduzmağımız üün hər şeyi edir"
22.10.2026, 20:26 DÜNYA
-
VƏZİFƏLİ ŞƏXS HƏBS EDİLDİ - Dövlət əmlakını mənimsəmə ittihamı ilə
22.10.2026, 20:05 GÜNDƏM
-
Aktrisalığın "daşını atdı", indi təsərrüfatla məşğuldur - FOTO
22.10.2026, 19:46 ŞOU-BİZNES
-
Kanadanın Baş naziri Ankarada: "Türkiyə ilə strateji tərəfdaşlığımıza başlayırıq"
22.10.2026, 19:37 SİYASƏT
-
Türkiyə COP31 Sammitə hazırlaşır
22.10.2026, 19:20 GÜNDƏM
-
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlayıb
22.10.2026, 18:09 CƏMİYYƏT
-
Rus turist qadını küçənin ortasında qadınlar döydü
22.10.2026, 18:02 DÜNYA
-
Sergen Yalçının məşqçilər heyəti bəlli oldu
22.10.2026, 17:47 İDMAN
-
"Meta" 25 milyard dollar cərimələndi
22.10.2026, 17:41 PRESS
-
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
22.10.2026, 17:33 KRİMİNAL
-
Mikayıl Cabbarovdan əmr: Nazirliyin Aparat rəhbərinə yeni müavin təyin olundu
22.10.2026, 17:29 CƏMİYYƏT
-
“Gənclər ixtisası həqiqətən özləri seçirlərmi?" - Məleykə Abbaszadə
22.10.2026, 17:20 CƏMİYYƏT
-
Bakıda "Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru" Forumu keçirilib - Nələr müzakirə olunub?
22.10.2026, 17:08 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
22.10.2026, 17:00 İQTİSADİYYAT
-
"Bolt"la bağlı araşdırma aparılır
22.10.2026, 16:49 İQTİSADİYYAT
-
Leyla Əliyeva "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksində - FOTOLAR
22.10.2026, 16:39 MƏDƏNİYYƏT
-
Elşən Babayev vəzifədən azad olunub
22.10.2026, 16:19 CƏMİYYƏT
-
Nigeriyada 80 milyon uşaq qurğuşundan zəhərlənib
22.10.2026, 15:52 DÜNYA
-
Şimali Koreya qonşu ölkəni nüvə silahı ilə hədələdi: "Dəhşətli vəziyyətlə üzləşərsiniz, ağıllı olun!"
22.10.2026, 15:24 DÜNYA
-
Mask: "Pul gələcəkdə əhəmiyyətini itirəcək" - "Hətta ən varlı adamlar belə süni İntellekti..."
22.10.2026, 15:10 İQTİSADİYYAT
-
Kəmaləddin Heydərov Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsini özünə köməkçi götürdü
22.10.2026, 15:02 SİYASƏT
-
Bakı Dövlət Universitetində yeni Mərkəz yaradılıb
22.10.2026, 15:00 CƏMİYYƏT
-
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətiriləcək
22.10.2026, 14:46 KRİMİNAL
-
Vüsal Aslanova müavin təyin olunub - Zaur Nağıyevlə bağlı maraqlı məlumatlar
22.10.2026, 14:24 CƏMİYYƏT
-
"Əgər belə davam edərsə, ABŞ-ın bölgədəki bazalarını yenidən vuracağıq"
22.10.2026, 14:02 DÜNYA
-
Zelenski və atəşkəsin qiyməti: taktiki geri çəkilmə, yoxsa gələcək strategiyası? - Üç mümkün ssenari... (TƏHLİL)
22.10.2026, 13:51 SİYASƏT
-
Rusiya-Ukrayna müharibəsi bitir? - Tramp "Həll yoluna daha yaxınıq" deyir
22.10.2026, 13:41 GÜNDƏM
-
QARABAĞA NÖVBƏTİ KÖÇ OLDU
22.10.2026, 13:25 GÜNDƏM
-
"AzerGold"da dəyişiklik - Şöbə müdiri vəzifədən ayrıldı
22.10.2026, 13:13 İQTİSADİYYAT