Bakıda "Ahıska türkləri-itmiş sürgünün izində" sərgisinin açılışı olub - FOTOLAR
MƏDƏNİYYƏT
Bugün, 15:59
Azərbaycan Milli Tarix Muzeyində "Ahıska türkləri-itmiş sürgünün izində" sərgisinin açılış mərasimi olub.
Mia.az Report-a istinadla xəbər verir ki, sərgidə mədəniyyət nazirinin müavini Səadət Yusifova, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Dünya Axıska Türkləri Birliyinin (DATÜB) qurucusu və baş katibi Ziyəddin Kassanov, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak edib.
Sərgi barədə məlumat verən Z.Kassanov bildirib ki, bu gün Ahıska türklərinin yaşadığı sürgünün tarixi ilə bağlı fotoşəkillər, sənədlər və şahidliklər təqdim olunur:
"Sərginin Bakıda keçirilməsi Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərinin Ahıska türklərinin ortaq yaddaşında əksini bir daha nümayiş etdirir. Sərgiyə daxil olarkən insan həmin sürgünü sanki canlı yaşayır, o dövrün əzablarını, çətinliklərini və məşəqqətlərini hiss edir. Burada ata-analarımızın, baba və nənələrimizin, keçmiş nəsillərimizin yaşadıqlarını hiss edirik. Şəxsən sərginin İstanbuldakı açılışında bu hissi dərindən yaşadım və düşündüm ki, ata, ana və babalarımız nələr çəkiblər".
Səfir B.Akgün isə diqqətə çatdırıb ki, sərgi İstanbul və Bakıdan sonra Ahıska türklərinin sürgününün 82-ci ildönümündə noyabrın 14-də Tarixi Ankara Vağzalında ziyarətçilərlə görüşəcək:
"Gələn il isə sərginin müxtəlif ölkələrdə nümayiş etdirilməsi nəzərdə tutulur. İstanbulda başlayan bu yaddaş səyahətinin Bakıda davam etməsi, əlbəttə ki, təsadüfi deyil. Çünki Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər yalnız strateji tərəfdaşlıq və ya dövlətlərarası əməkdaşlıqla izah edilə bilməyəcək qədər dərin, möhkəm və qiymətlidir. Bizi bir-birimizə bağlayan ortaq tariximiz, dinimiz, mədəniyyətimiz, ədəbiyyatımız, musiqimiz və müştərək dəyərlərimiz var".
Həmçinin qeyd olunub ki, sərginin İstanbuldan Bakıya Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə qatarla gətirilməsi layihəyə xüsusi rəmzi məna qazandırır. Bir zamanlar sürgünün ayırdığı yollar bu gün qardaşlıq və ortaq yaddaş vasitəsilə yenidən birləşdirilir. Azərbaycan uzun illərdir Ahıska türklərinə öz qapılarını açaraq onların ölkənin müxtəlif bölgələrində yeni həyat qurmasına şərait yaradıb. Saatlı, Sabirabad, Şəmkir, Gəncə, Quba və Xaçmaz Ahıska türklərinin məskunlaşdığı və onlar üçün ikinci vətənə çevrilən bölgələr sırasında yer alır.
Xatırladaq ki, sərgi avqustun 28-dək ziyarətçilər üçün açıq olacaq/report
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Gəncədə 49 yaşlı qadın öldürüldü - Oğlu saxlanıldı
Bugün, 18:36 KRİMİNAL
-
Daha bir oyunçu "Qalatasaray"dan ayrılır
Bugün, 18:15 İDMAN
-
Tarkan konsertinə elə qiymət qoydu ki... - İki gecə otel xərci və...
Bugün, 18:09 ŞOU-BİZNES
-
Rusiyada azərbaycanlı diaspor lideri saxlanılıb? - VİDEO
Bugün, 18:00 GÜNDƏM
-
DEPUTAT İLHAM ƏLİYEVİN MÜSAHİBƏSİNDƏKİ TEZİSLƏRDƏN YAZDI...
Bugün, 17:47 SİYASƏT
-
Hansı əhali qrupları riskli davranışa malik insanlar hesab edilir? - Açıqlama
Bugün, 17:40 CƏMİYYƏT
-
"Baku Electronics" MMC-nin 87 min 316 manat vergi borcu var
Bugün, 17:28 İQTİSADİYYAT
-
Anar Nəcəfli yeni vəzifəyə təyin olunub
Bugün, 17:21 PRESS
-
"Bu, yolverilməzdir" - Məktəbli formaları ilə bağlı rəsmi xəbərdarlıq
Bugün, 17:07 CƏMİYYƏT
-
Vəzifəli şəxslər cərimələndi
Bugün, 17:07 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Ərəblər Cengiz Ünderə "elçi" düşüblər
Bugün, 16:45 İDMAN
-
Seyran Hüseynova general-mayor ali hərbi rütbəsi verildi
Bugün, 16:20 GÜNDƏM
-
Prezident İlham Əliyev daha üç fərman imzaladı
Bugün, 16:08 GÜNDƏM
-
Bakıda "Ahıska türkləri-itmiş sürgünün izində" sərgisinin açılışı olub - FOTOLAR
Bugün, 15:59 MƏDƏNİYYƏT
-
Səadət Yusifova: "Bu ağrı Azərbaycan xalqına da yaxşı tanışdır"
Bugün, 15:50 SİYASƏT
-
İlham Əliyev Türkmənistanla iqtisadi əməkdaşlıq sazişini təsdiqləyib
Bugün, 15:46 GÜNDƏM
-
Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununa 15 min bilet satılıb
Bugün, 15:24 İDMAN
-
Özgür Özəl Öcalanın "Xüsusi salamı"na belə cavab verdi
Bugün, 15:24 SİYASƏT
-
Daxili İşlər Nazirliyi Bakıda bu vəzifəyə kadr axtarır -Şərtlər
Bugün, 14:55 CƏMİYYƏT
-
16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsi ilə bağl sorğu... - Nəticələr
Bugün, 14:26 SİYASƏT
-
"Qalatasaray" daha 3 futbolçu almağa hazırlaşır
Bugün, 14:18 İDMAN
-
Səhiyyə Nazirliyi qarayara xəstəliyi barədə yeni xəbər yaydı
Bugün, 14:12 CƏMİYYƏT
-
DİN-dən xəbərdarlıq: ""WhatsApp" ani mesajlaşma sistemi və..."
Bugün, 14:05 GÜNDƏM
-
"Peşmanam, həbsdən çıxan kimi siaysətdən gedəcəyəm" - Məşhur aktyor
Bugün, 13:57 GÜNDƏM
-
“İnsanlar həyat tərzindən asılı olmadan İİV-ə yoluxa bilər”
Bugün, 13:53 CƏMİYYƏT
-
Ronaldinyo yaşıl sahələrə döndü - 46 yaşlı məşhur futbolçu 11 il sonra yeni komanda ilə anlaşdı
Bugün, 13:38 İDMAN
-
"Azərbaycan Mərkəzi Asiya ölkələri ilə..." - Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verdi - TAM MƏTN
Bugün, 13:27 GÜNDƏM
-
İsmayıllıda kütləvi zəhərlənmə olub - Açıqlamalar (YENİLƏNİB)
Bugün, 13:13 GÜNDƏM
-
Fərid Rzazadə dünya çempionu olub
Bugün, 12:47 İDMAN
-
Azərbaycanda isti hava olacaq - Növbəti 4 günlə bağlı xəbərdarlıq
Bugün, 12:30 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:18 CƏMİYYƏT
-
İCRA BAŞÇISI YENİ TƏYİN ETDİYİ MƏMURDAN 200 MİN RÜŞVƏT ALIB? - Başçı suala cavab əvəzinə jurnalisti görüşə çağırıb
Bugün, 12:07 CƏMİYYƏT
-
Mais Nəsirov departament rəhbəri təyin edilib - Agentlikdə növbəti dəyişiklik
Bugün, 11:57 CƏMİYYƏT