Özgür Özəl Öcalanın "Xüsusi salamı"na belə cavab verdi

Özgür Özəl Öcalanın \"Xüsusi salamı\"na belə cavab verdi

SİYASƏT

Bugün, 15:24

Türkiyədə "Terrorsuz Türkiyə" prosesinə dəstəyini ifadə edən yeni Partiya lideri Özgür Özələ PKK lideri, hazırda İmralı adasında ömürlük cəza çəkən Abdullah Öcalan maraqlı münasibət bildirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, PKK lideri Özgür Özələ xitabən "Demokratiyaya gedən yol Silivridən deyil, İmralıdan keçir" mesajını verib: "Hüquq və demokratiya kanalının açılmasının hər kəs üçün, xüsusən də Sizin üçün son şans olduğunu deməlisiniz. Demokratiya yolu Silivridən deyil, İmralıdan keçir".

Özgür Özəl isə İmralı nümayəndə heyətindən və ya hökumətdən bu barədə hər hansı rəsmi bilgi almadığını deyib: "Qaldı məlum mesaja, demokratiyaya gedən yolun həbsxanalardan deyil, Türkiyə Böyük Millət Məclisindən və seçki qutusundan keçir. DEM Partiya ilə münasibətlərə gəlincə, o partiyanın İmralı üzrə nümayəndə heyəti əvvəllər partiyalara baş çəkirdi, bizimlə də o zaman görüşürdülər. Ancaq  bu dəfə bir neçə partiyaya baş çəkdilər, bizimlə görüş istəmədilər. Mənə də bir şey demədilər. Ümumiyyətlə, bir daha təkrar edirəm: demokratiyaya gedən yol həbsxanalardan və ya hansı bölgələrdən, şəhərlərdən deyil, Türkiyə Böyük Millət Məclisindən keçir. Əgər demokratik respublika olacağıqsa, o zmaan Türkiyə Böyük Millət Məclisindən, səsvermə qutusundan keçməliyik".

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR