Paşinyan: ""Real Ermənistan" ideologiyası sonda qalib gəldi və..."

Paşinyan: \"\"Real Ermənistan\" ideologiyası sonda qalib gəldi və...\"

SİYASƏT

Bugün, 12:57

Hökumətin 2026-2031-ci illəri əhatə edən proqramı tamamilə "Real Ermənistan" ideologiyasına və Dördüncü Respublika baxışına əsaslanır.

Bunu ölkənin Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

"7 iyun 2026-cı il seçkilərinin nəticələrinə əsasən, "Real Ermənistan" ideologiyası sonda qalib gəldi və bu o deməkdir ki, "Real Ermənistan" ideologiyası Ermənistan Respublikasında rəsmi ideologiyaya çevrildi. Beləliklə, Ermənistan öz tarixində Dördüncü Respublika adlandırdığımız mərhələyə qədəm qoyur", - o bildirib.

Onun sözlərinə görə, Üçüncü Respublikanın Dördüncü Respublikadan nə ilə fərqləndiyini qeyd etmək vacibdir.

"Üçüncü Respublika ilk gündən münaqişə məntiqinə əsaslanırdı, Dördüncü Respublika isə sülh məntiqi əsasında formalaşıb", - Baş nazir qeyd edib/Report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR