"Bu, yalnız xarici dairələrə hesablanmış oyun idi” - Hafiz Hacıyevdən Milli Şuranın mitinqinə baxış

img

13-10-2014 [18:42]


"Milli Şura”nın ötən gün keçirilən mitinqi sadəcə olaraq alver predmeti idi. Bu yalnız xarici dairələrə hesablanmış oyun idi”. 

Bunu SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev "Milli Şura”nın ötən gün keçirilən mitinqində AXCP fəalları tərəfindən "İraqın Şam İslam Dövləti” (İŞİD) terrorçu təşkilatının bayraqlarını qaldırılmasına və "Milli Şura” bu quruma üzv olmayan partiyaların gücündən istifadə etməsinə münasibət bildirərkən deyib.

Partiya sədrinin sözlərinə görə, "Milli Şura” Qərbin və Avropa dövlətlərinin bəzi qurumlarından aldıqları pulları konpensasiya etməkdən ötrü bu aksiyanı təşkil etmişdi: "Hətta deyərdim ki, "Milli Şura”nın mitinqi bir yarış idi. Bu, erməni diasporasından, Avropa Şurasından, Avropa dövlətlərindən, ermənipərəst Qərb qüvvələrindən və s. qrantı daha çox əldə etmək uğrunda mübarizə idi. Onların aksiyasında iştirak edən insanların əksəriyyət elə MMP-nin üzvləri idi. Biz aksiyaya gələn insanlara başa salırdıq ki, "Milli Şura”nın mitinqinə getməsinlər, onlar dağıdıcılıq və təxribatçılıqla məşğul olurlar. Həmin aksiyada hər kəs şahid oldu orada AXCP fəalları tərəfindən "İraqın Şam İslam Dövləti” (İŞİD) terrorçu təşkilatının bayraqlarını qaldırıldı və "Milli Şura” bu quruma üzv olmayan partiyaların gücündən istifadə etdi. Buradan belə çıxır onlar terror təşkilatları ilə müqavilə bağlamağa da cəhdlər edirlər ki, Azərbaycanda qan töksünlər. Bu gün onların xüsusi nümayəndələrinin "İŞİD”-lə, "ASALA” erməni terror təşkilatları ilə gizli münasiəbtləri var.

Hesab edirəm ki, bu mitinq yalnız bir nəfərin üzərində qurulmuşdu. Burada utanverici məqamlar da gözdən qaçmadı. Belə ki, həmin mitinqə gələn Qəmbərov İsa, Hacıyev Arif, Pənah Hüseyn boyunlarını bükərək, utanverici bir şəkildə əllərinə cinayətkarlıqda adları hallanan şəxslərin plakatlarını qaldırıb şəkil çəkdirirdilər”


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA