Yeni qəzet gəlir

img

13-10-2014 [18:16]


Yaxın günlərdə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin mətbu orqanı olan "Aydın yol” qəzeti işıq üzü görəcək.
Bunu Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin mətbuat və nəşr məsələləri üzrə müşaviri Fərid Hüseyn deyib.
F.Hüseyn bildirib ki, "Aydın yol” qəzeti Azərbaycan və dünya ədəbiyyatında gedən prosesləri, tanınmış ədəbi simaların həyat və yaradıcılığını, Azərbaycan dilinin müxtəlif norma və qaydalarına uyğun şəkildə işlədilməsi proseslərini işıqlandıracaq həftəlik ədəbi-ictimai qəzetdir.
Qəzetdə, həmçinin ədəbi-bədii, elmi, publisistik ədəbiyyatların, dərsliklərin, dil və tərcüməyə müraciət edilən digər ədəbiyyatların dil, məzmun və tərcümə baxımından keyfiyyətinin təhlilinə yer ayrılacaq(azertac).

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA