RUSİYA SƏFİRİ XİN-ə ÇAĞIRILDI: "Analoji ritorikanın daha sərt formada davam etməsi ciddi narahatlıq doğurur"
GÜNDƏM
Bugün, 13:17
Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirib ki, görüş zamanı, son dövrlərdə Rusiyanın media və informasiya məkanında Azərbaycan, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı və qəti etirazı Rusiya tərəfinin diqqətinə çatdırılıb.
Məlumata görə, xüsusilə, 13 avqust 2026-cı il tarixində "Çastota ponimaniya" layihəsi çərçivəsində yayımlanan verilişdə Azərbaycana, xalqına və Azərbaycan Respublikasının rəhbərliyinə qarşı səsləndirilən ifadələrə diqqət çəkilib: "Bununla yanaşı, 7 avqust tarixində "Sputnik" radiosunda yayımlanan proqramda Azərbaycan rəhbərliyinin "Rusiyanın terrorçu və ekstremistlər siyahısına" daxil edilməsi ilə bağlı səsləndirilən cəfəngiyyat, 9 avqust tarixində "YouTube" platformasında, 16 avqust tarixində isə "Spas" telekanalında Azərbaycanın rəhbərliyinə qarşı yenidən təhqir məzmunlu materialın yayımlanması və təxribatçı fikirlərin səsləndirilməsi xatırlanıb. Azərbaycan dövlətinin daxili siyasi proseslərinə müdaxilə imkanlarının müzakirə edilməsi, Azərbaycan xalqına və Azərbaycan rəhbərliyinə qarşı fiziki zorakılıq xarakterli çağırışların səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb".
Azərbaycan tərəfinin dəfələrlə sözügedən fəaliyyətlərin qarşısının alınmasına dair çağırışlara və məsələnin müxtəlif siyasi səviyyələrdə müzakirə edilməsimə baxmayaraq, analoji ritorikanın daha sərt formada davam etməsi ciddi narahatlıq doğurur.
Görüşdə Rusiyanın informasiya və media məkanında Azərbaycan əleyhinə təxribat, təhdid və zorakılıq ritorikasına son qoyulması məqsədilə təxirəsalınmaz və təsirli tədbirlərin görülməsi barədə gözləntimiz bir daha qarşı tərəfin diqqətinə çatdırılıb".
Qeyd edək ki, Azərbaycan Baş prokurorluğu avqustun 17-də Rusiya vətəndaşları - "Moskva 24" telekanalının aparıcısı, jurnalist İvan Knyazev, özünü Rusiya Federasiyasında siyasi məsləhətçi və media eksperti kimi təqdim edən Semyon Uralov, eyni zamanda televiziya müxbiri kimi fəaliyyət göstərən, Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev barəsində İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışın təşkili istiqamətində zəruri tədbirlərin görüldüyü barədə məlumat yayıb.
Adıçəkilən şəxslər Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışlarda ittiham edilirlər.
Həmin şəxslər barəsində cinayət işi başlansa da, ölkəmizin hüdudlarından kənarda olduqları nəzərə alınaraq, onlar barəsində axtarış elan olunaraq məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Adıçəkilən şəxslər 2026-cı ilin iyulun 14-ü və avqustun 13-də "YouTube" platformasında "Семён Уралов" adlı kanalda yayımlanan "Чистота понимания" verilişində Azərbaycana qarşı zorakı üsulların tətbiq edilməsi, o cümlədən ayrı-ayrı şəxslərin birbaşa fiziki məhvetmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlər səsləndirərək terrorçuluğa açıq çağırışlar ediblər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTOLAR
Bugün, 15:21 GÜNDƏM
-
“İmişli”nin yeni transferində hepatit aşkarlandı
Bugün, 15:11 İDMAN
-
Rezidenturaya qəbulun nəticələri elan olundu
Bugün, 14:59 GÜNDƏM
-
Vəkil Elşad Məmmədov saxlanılıb - ŞİKAYƏT ƏSASINDA...
Bugün, 14:43 KRİMİNAL
-
Müşavir dindarları etiraza çağıran Fond rəhbərini hədələdi: "Sənin də suyun isindi, növbəni gözlə!"
Bugün, 14:27 SİYASƏT
-
Abdullah Gül sükutu pozdu
Bugün, 14:16 DÜNYA
-
YAYIN “ULDUZ”U İŞIQ ÜZÜ GÖRDÜ
Bugün, 14:00 PRESS
-
Rusiya KİV-ləri Azərbaycana qarşı niyə səfərbər olunub? - AÇIQLAMA
Bugün, 13:47 SİYASƏT
-
Zelenski: "Biz bu Rusiya hücumuna mütləq cavab verəcəyik"
Bugün, 13:40 GÜNDƏM
-
RUSİYA SƏFİRİ XİN-ə ÇAĞIRILDI: "Analoji ritorikanın daha sərt formada davam etməsi ciddi narahatlıq doğurur"
Bugün, 13:17 GÜNDƏM
-
Azərbaycan muğam mədəniyyəti Rumıniyada festivalda nümayiş olunub - VİDEO, FOTOLAR
Bugün, 13:17 MƏDƏNİYYƏT
-
Türkiyəli müğənni bu dəfə geyimi ilə gündəmdə - FOTOLAR
Bugün, 13:08 ŞOU-BİZNES
-
Daha bir baş həkim vəzifədən azad olunub
Bugün, 12:42 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:26 CƏMİYYƏT
-
"Azərsun Holdinq"in məhsulu Dubayda zay çıxdı: "Şikayət etsəm, nəinki məhsulunuz satışdan çıxarılacaq, hətta..." - FOTO
Bugün, 12:16 İQTİSADİYYAT
-
“Baku Medical Plaza”da qeysəriyyə əməliyyatı olan qadın ölüb
Bugün, 12:02 CƏMİYYƏT
-
Nazir məşhur generalın oğlu haqda əmr imzaladı - Köməkçi vəzifədən azad olundu (FOTO)
Bugün, 11:49 GÜNDƏM
-
Məşhur bloger dənizdə dəhşət yaşadı: 2 metrlik köpəkbalığı ayağını qapdı - VİDEO, FOTOLAR
Bugün, 11:45 DÜNYA
-
"Azərbaycan dövlətinə, xalqına və onun görkəmli nümayəndələrinə qarşı təhqiramiz fikirlər və təhdid xarakterli iddialar yolverilməzdir" - Bəyanat
Bugün, 11:35 PRESS
-
Qadın və Uşaq sığınacağının sahibi həbs olunub
Bugün, 11:21 KRİMİNAL
-
Əli Mirəliyev: "Onun nə ölüsündən xəbər var, nə də dirisindən, ana anası Lalə xanım..."
Bugün, 11:08 MƏDƏNİYYƏT
-
Beynəlxalq axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya ediləcək
Bugün, 11:02 KRİMİNAL
-
III ixtisas qrupu üzrə toplanan ballar... - DİM statistikası açıqlandı
Bugün, 10:53 GÜNDƏM
-
Rektor iş günləri niyə universitetdə olmur? - "İkinci günü gəlir, uzağı, 5-ci günü günorta gedir"
Bugün, 10:47 CƏMİYYƏT
-
Mişi Batşuayi "Abha" klubu ilə müqavilə imzalayıb
Bugün, 10:45 İDMAN
-
Norveç Kralı xəstəxanaya yerləşdirildi - 89 yaşlı Kralı iki həftə oğlu əvəzləyəcək
Bugün, 10:27 DÜNYA
-
Daha bir azərbaycanlı diaspor lideri Rusiyadan deportasiya edildi
Bugün, 10:19 SİYASƏT
-
Yuventus Quqlielmi Vikarioyonu icarəyə götürmək istəyir
Bugün, 10:11 İDMAN
-
Yerlibazlıq və qohumbazlıqdan dövlətçilik prinsipinə...
Bugün, 10:05 YAZARLAR
-
"İnter" Djed Spensi transfetr etdi
Bugün, 09:56 İDMAN
-
RUSİYADAN BRİTANİYANIN DRON HÜCUMUNA SƏRT REAKSİYA: "Bunun əvəzini ödəyəcəksiz" - "Moskvanın bu iradəmzə şübhəsi olmamalıdır"
Bugün, 09:51 GÜNDƏM
-
Azərbaycan nefti 91 dollara enib
Bugün, 09:45 İQTİSADİYYAT
-
Mika Godts "PSJ" ilə müqavilə imzaladı
Bugün, 09:39 İDMAN
-
Kanalda boğulan yevlaxlının meyiti Ağdaşda tapılıb
Bugün, 09:17 CƏMİYYƏT