13-10-2014 [13:12]
Ermənilər öz çirkin niyyətlərinə çatmaq üçün onun ölümünü də təşkil edib, məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq planından belə çəkinməzlər.
Bir müddət öncə Türkiyə ermənilərinin tribunu hesab olunan "Aqos” qəzetində Azərbaycan mətbuatına qarşı yeni əks-təbliğat kampaniyasına start verildiyi ilə bağlı yerli mediada yazılar getdi.
Məsələ ilə bağlı nəşr oluna məqalənin müəllifi Fatih Gökhan Diler adlı şəxs yazır ki, azərbaycanlı yazarlar Elnur Eltürk və Elnur Hidayətoğlu adı çəkilən jurnalist haqqında təhqiramiz ifadələr işlətdikləri üçün, qəzet onun müdafiəsinə qalxıb: "Biz əməkdaşımız Arzu Qeybullayevin ağır bir kampaniyaya məruz qaldığını düşünərək, onun həyatının təhlükə qarşısında qalmasından narahatıq. İctimaiyyəti, jurnalistləri və media təşkilatlarını, həmkarımızı hədəfə alan hücumlar qarşısında səssiz qalmamağa çağırırıq”.
"Aqos” qəzetində dərc olunan məqalədə qeyd olunur ki, Azərbaycanda yayımlanan aznews.az, musavat.com, modern.az və.s. saytlar Arzu Qeybullanı düşmən mətbuatına işləməkdə ittiham edirlər.
Bundan sonra Türkiyə erməniləri bu məsələni inhisar və nəzarətlərində olan digər nəşrlərdə də ictimailəşdiriblər. Bu gün ermənilərə xidmət edən odatv.com-da (http://www.odatv.com/n.php?n=agos-muhabirlerine-olum-tehdidi-1110141200) da guya A.Qeybullanın Azərbaycan mediası, daha doğrusu, jurnalistləri tərəfindən ölümlə hədələndiyi iddia olunur. Absurd və ağlasığmayan bir iddia ilə çıxış etməyin arxasında hansı məqamların dayandığı bəllidir. Türkiyə erməniləri A.Qeybulladan Azərbaycan mediasına qarşı istədikləri planlarını həyata keçirməyə çalışırlar. A.Qeybulla isə hələki özündə cəsarət tapıb Azərbaycan jurnalistləri tərəfindən ölümlə hədələnmədiyini deyə bilmir, həqiqəti söyləməkdən çəkinir. Çünki ermənilərin çörəyini yeyir, ermənilərin sifarişini yerinə yetirir.
Axı erməniləri A.Qeybullanın nə savadı, nə də təcrübəsi, nə də istedadı maraqlandırıb. Bunlar ermənilər üçün ikinci plandadır. Ermənilər üçün əsas göstərici onlara rəğbət və antiAzərbaycan meylli olmaqdır ki, bu da A.Qeybullada olduğundan ermənilərin yanındadır. ErmənilərAzərbaycan-Ermənistan üzrə apardığı işlərlə tanış olduqları üçün onu "Aqos”a dəvət ediblər. Bunu A.Qeybullanın özü də etiraf edib. 2009-cu ildən kiçik miqyaslı proyektlərdə daha çox təlimçi kimi iştirak edən A.Qeybulla təbii ki, ermənilərin maraqlarını müdafiə etdiyindən onların rəğbətini qazanıb. 2011-ci ildə "İmagine Center for Conflict Transformation” adında təşkilata qoşululb. 2007-ci ildə qurulan və münaqişələrin həlli üzərində çalışılan bu mərkəz yalnız separatçıların maraqlarından çıxış edir. Ermənilərin toruna düşən azərbaycanlı jurnalistdən kəşfiyyatçı kimi də yararlana bilərlər, bəlkə də yararlanırlar.
Avropada təhsil alan A.Qeybulla Türkiyənin daha tanınmış media orqanlarında çalışa bilərdi. Onun "Aqos”da işləməsi, erməni rəhbərlərinin sifarişlərini yerinə yetirməsi də faktdır. "Aqos”da türklər də çalışırlar. A.Qeybulla daha çox bunu əsas gətirərək özünə haqq qazandırır, onu bu məsələdə ittiham edənlərə cavab verir.. Amma əgər onlar da A.Qeybulla kimi türk dünyasına xələl gətirən, onu aşağılayan, işğalçı ermənilərin mənafelərini qoruyan yazılar dərc edirlərsə, (buna şübhə yoxdur) deməli, əsl türk deyillər. Türkləşmiş ermənilərdir ki, onlar Türkiyədə yetərincə saydadırlar. Ad və soyadlarını dəyişsələr də antiTürk xislətlərini dəyişmirlər.
A.Qeybullanın Azərbaycan mediası tərəfindən ölümlə hədələnməsinə gəlincə isə bu yalnız iddia olunacaq bir məsələdir, özü də ağlasığmayan. A.Qeybulla Azərbaycan mediası üçün önəmli bir şəxs deyil ki, onun ölmünə fərman verilsin. Azərbaycan mediasında yalnız onun "Aqos”da işləməsini qınayan fikirlər dərc olunub. Daha çox tanınmış jurnalistlər Elnur Eltürk və Elnur Hidayətoğlunun onun haqqında dediklərini əsas gətirənlər bu jurnalistlərin işlətdiyi fikirlərə yenidən nəzər salsalar yaxşı olardı. A.Qeybulla ilə bağlı jurnalistlərin fikirlərində heç bir təhdid yoxdur, sadəcə qınaq var, subyektiv fikirlərdir. Bu qınaq millətini və xalqını sevməkdən, torpağa bağlılıqdan doğur. Axı heç bir bəhanə azərbaycanlının erməni mediasında çalışmasına haqq qazandıra bilməz. A.Qeybulla əgər işlədiyi layihələrdə erməni işğalçılığını ifşa etsəydi, o bu gün "Aqos”da çalışmazdı. Azərbaycan mediasında hansısa bir erməni işləsəydi və öz ölkəsinə qarşı məqalələrlə çıxış etsəydi, ermənilər tərəfindən daha ağır formada qınanılardı.
Görünür ermənilər bu kimi xırda məsələləri Türkiyə mətbuatında şişirtməklə A.Qeybulladan ikinci Hrant Dink yaratmaq niyyətindədirlər. Ermənilər öz çirkin niyyətlərinə çatmaq üçün onun ölümünü də təşkil edib, məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq planından belə çəkinməzlər. A.Qeybullanın həyatına təhlükə elə ermənilərdən gələ bilər, Azərbaycandan yox. Hrant Dinkin öldürülməsindən ermənilər çox qazandılar. Onların ikinci qazanılacaq adamı A.Qeybulla ola bilər. Olada bilər ki, erməni kəşfiyyatçıları A.Qeybullanın həyatına təhlükənin Azərbaycandan ola biləcəyini onun beyninə yeridib, onu Avropa tribunalarına çıxartsınlar. Çox güman ki, A.Qeybulla da ermənilərin sifarişini yerinə yetirib Avropanın möhtəşəm tribunalarında erməni qəzetində işlədiyi üçün Azərbaycandan təhdid olunduğunu dünyaya bəyan edəcək. Gözləməyə məcburuq…
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın keçmiş müşaviri Qeybulla Qeybullayevin qızı olan Arzu Qeybulla həqiqətən də çalışdığı "Aqos” qəzetində Azərbaycan əleyhinə bir neçə məqalə və fikirlərlə çıxış edib.
Xatıradaq ki, bu qəzet 2007-ci ilin yanvar ayında İstanbulda qəzet ofisinin qarşısında naməlum şəxs tərəfindən qətlə yetirilən erməni əsilli türkiyəli jurnalist Hrant Dinkə məxsus olub.
avrasiya.net
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq