Misir Məkkə sazişinə qatılır: "Tramp mənə söz verdi, yerinə yetirilməsini gözləyirəm" - "Biz yox, itirən daha çox Avropa olacaq"

Misir Məkkə sazişinə qatılır: \"Tramp mənə söz verdi, yerinə yetirilməsini gözləyirəm\" - \"Biz yox, itirən daha çox Avropa olacaq\"

GÜNDƏM

Bugün, 00:56

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Əl-Cəzirə"yə müsahibəsində maraqlı mesajlar verib.

Mia.az xəbər verir ki, o, Türkiyənin xarici siyasət gündəliyi, ABŞ-la F-35 proqramına qayıtmaq, Məkkə müqaviləsi, Suriya, Qəzza və Avropa İttigfaqına üzvlük və münasibətlərin gələcəyi barədə sualları cavablandırıb.

Ərdoğan Ankarada keçirilən NATO Sammitində ABŞ prezidenti Trampdan F-35-lərlə bağlı bir vəd aldığını təkrarlayıb: "İndisə ondan həmin vədin yerinə yetirilməsini gözləyirəm".

Ərdoğan daha sonra Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə müqaviləsinin əhəmiyyətni izah edib. O, gələcəkdə bu ittifaqın daha da genişlənəcəyinin siqnalını da verib: "Misirin də ittifaqa üzv olması gündəmdədir"

Ərdoğan Ankaranın Dəməşqə dəstəyindən də söz açıb və tezliklə Suriyaya səfəri olacağını istisa etməyib. 

Daha sonra Avropa İttifaqına üzvlük və Avropa ilə münasibətlərə toxunan Türkiyə lideri bildirib ki, ittifaqın  üzvlük məsələsinə qaı bağlamasına vərdiş etdiklərini deyib: "Bizi ittifaqa qəbul etmək istəmirlər. Hər halda sonda uduzan biz deyil, daha çox Avropa olacaq".

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR