Ronaldo aktiv futbol həyatına son verəcəyi tarixi açıqladı: "Gələcəyimi əvvəldən axıra qədər planlaşdırmışam"

Ronaldo aktiv futbol həyatına son verəcəyi tarixi açıqladı: \"Gələcəyimi əvvəldən axıra qədər planlaşdırmışam\"

İDMAN

Bugün, 00:04

Səudiyyə Ərəbistanın "Əl-Nəsr" komandasında forma geyinən məşhur hücumçu Kriştiano Ronaldo futbol dünyasını kədərə boğan açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 41 yaşlı portuqaliyalı hücumçu aktiv futbolla vidalaşacağı tarixin anonssuu verib: "Bu il, yəqin ki, aktiv futbolda son ilimdir".

Hücumçu bildirib ki, gələcəyini əvvəldən axıra qədər planlaşdırıb: "Məni məşğul edəcək o qədər çox şey var ki... Hətta onlardan yalnız biri haqqında danışmaq belə çətindir...".

Xatırladaq ki, Ronaldonun hazırda oynadığı "Əl-Nəsr"lə müqaviləsi gələn il bitir. O,  "Mançester Yunayted", "Real Madrid" və "Yuventus" kimi böyük komandalarda parlayıb. Hücumçu bu gündək klub karyerasında 824 qol, Portuqaliya milli komandasında isə 146 qol vurub.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR