Qubad İbadoğlunun tərəfdarı anons verdi - Yeni partiya yaradıla bilər

img

13-10-2014 [11:38]


"Mən kiməsə görə siyasi fəaliyyətə başlamamışam ki, kiməsə görə də istefa verəm”. 

Mia.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının sabiq Gənclər Təşkilatının sədri Əhliman Abbas deyib. O, bildirib ki, Qubad İbadoğlunu başqan seçilsəydi, vəziyyət bu qədər acinacaqlı olmayacaqdı və Müsavat Partiyasından ayrılmağa da səbəb qalmayacaqdı: "Əslində, bu qərarım qurultaydan bir necə gün sonra formalaşmışdı. Sadəcə tələsik addım atmamaq, vəziyyəti analiz etmək üçün bu məsələ uzandı. Vəziyyətin dəyişəcəyi ilə bağlı ümidlərin heç biri doğrulmadı və mən belə qərarı verəsi oldum”.

O, Müsavatda ayrılsa da, siyasi fəaliyyətini davam etdirəcəyini bildirib: "Siyasi fəaliyyətimi davam etdirəcəyəm. Biz siyasətə hələ yeni gəlmişik. Ölkəmizlə bağlı qarşımıza qoyduğumuz məqsədlərə çatanacan da siyasətin içində olacağam. Bunu hansı şəkildə edəcəyimiz barədə- fəaliyyətimizin forması ilə bağlı ictimaiyyəti məlumatlandıracağıq”.

Əhliman Abbas yeni bir partiyanın yaradılması və Ona Qubad İbadoğlunun rəhbərlik etməsi ehtimalına da toxunub: "Hal-hazırda bizim gündəmimizdə belə məsələlər yoxdur. Yeni partiyanin yaradılması ilə bağlı qərar yoxdur. Ancaq hiss etdiyim qədərilə cəmiyyətdə yeni siyasi alternativə ehtiyac var. Bu tələb cəmiyyətin həm siyasiləşmis və həm də siyasətdən kənar təbəqəsindən gəlir. Mənim şəxsi fikrimdir ki, Azərbaycan cəmiyyətinin tələblərinə cavab verəcək bir partiyaya Qubad bəy uğurla rəhbərlik edə bilər”.

Qeyd edək ki, Əhliman Abbasın Qubad İbadoğlunun təsiri ilə partiyadan istefa verməsi barədə xəbərlər yayılıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA