Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı: reallıqlar və perspektivlər
İQTİSADİYYAT
12.08.2026, 17:14
Cavadxan Qasımov,
İqtisad üzrə fəlsəfə doktoru
Naxçıvan Dövlət Universitetinin dosenti,
***
Ölkə başçısı, Müzəffər Ali Baş Komandan və birinci xanım ölkəmizin ayrılmaz tərkib hissəsi olaraq, Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində bir çox təməlqoyma tədbirləri keçirdi, müəssisələrin açılışını etdi və xidmət sahələrinin istifadəyə verilməsini təmin etdilər ki, bunlar da, həm muxtar respublikanın, həm də ölkənin milli iqtisadiyyatının davamlı, əlaqəli və perspektivli inkişafı baxımından olduqca əhəmiyyətlidir.
Bu proseslər, həm bir tərəfdən, Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illər üzrə sosial-iqtisadi inkişafına dair Dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrası, bir tərəfdən, muxtar respublika əhalisinin firəvan həyat səviyyəsinin daha da yaxşılaşdırılması, bütün tərəflərinə görə, ölkənin milli iqtisadiyyatına inteqrasiya proseslərinin daha dinamik inkişafına təkan olmaq etibarı ilə olduqca əhəmiyyətlidir. Bəhs olunan Dövlət proqramının 11 əsas prioritetlərində və Tədbirlər planlarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı sahəsində mühüm tədbirlərin həyata keçirilməsi, yerli istehsal müəssisələrinin fəaliyyətinin bərpa olunması, əlverişli biznes mühitinin yaradılması, insan potensialının inkişafı, kənd təsərrüfatının perspektivliliyinin təmin olunması, turizmin makroiqtisadi əhəmiyyətinin gücləndirilməsi, enerji təhlükəsizliyinin müəyyən olunan hədəflər səviyyəsində təşəkkülü və digər məsələlər nəzərdə tutulmuş və icra olunması zəruri hesab olunmuşdur.
Əvvəlki mərhələlər ərzində, daha doğrusu, 2004-cü ildən üzübəri Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı olaraq, ölkənin regional iqtisadi inkişaf üzrə Dövlət proqramlarında digər iqtisadi rayonlar kimi Naxçıvan iqtisadi rayonunun da davamlı sosial-iqtisadi inkişafı ilə bağlı olan tədbirlər nəzərdə tutulmuşdur. Belə ki, 2004-2008-ci illər üzrə birinci Dövlət proqramında 57, 2009-2013-cü illər üzrə ikinci Dövlət proqramında 46, 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət proqramında 57 tədbir məhz Naxçıvan iqtisadi rayonunun davamlı sosial-iqtisadi inkişafı ilə bağlı olmuşdur. Bu göstərici, 2019-2023-cü illəri əhatə edən dördüncü dördüncü Dövlət proqramında 18 tədbir olaraq nəzərdə tutulmuşdur.
Məhz Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illər üzrə sosial-iqtisadi inkişafına dair Dövlət proqramı da 5 iyun 2023-cü il tarixində dövlət başçısı tərəfindən imzalanmış 3910 №li Sərəncamla təsdiq olunmaqla, burada, daha dinamik istehsal münasibətlərinin təşəkkülünə əsaslı zəmin olacaqdır. Hər bir tarixi səfərində muxtar respublika üçün böyük iqtisadi inkişaf müjdələrini verən ölkə başçısı və birinci xanım, 11 avqust tarixili səfərində də, Naxçıvan Sənaye Parkının təməlini qoydular, bir çox xidmət bölməsinin istifadəsini təmin etdilər.
Naxçıvan Sənaye Parkının istifadəyə verilməsindən sonra muxtar respublikada iqtisadi idarəetmənin olduqca mühüm nəticələrini görmüş olacağıq. Hər şeydən əvvəl, sahibkarlıq təşəbbüslərinin daha effektiv nəticələri makroiqtisadi inkişafa öz töhvələrini vermiş olacaq. Sənaye parkı, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişaf perspektivlərinin təşəkkülü, fəaliyyətin səmərəli təşkili və idarə olunması məqsədilə zəruri infrastruktur təsisatlarının yaradılması və müvafiq əlverişli resurs potensialının təşəkkülü baxımından olduqca güclü nəticələrə malik olacaqdır. Eyni zamanda, Sənaye parkının yaradıldığı ərazinin iqtisadi səmərəliliyinə diqqət etdikdə, aydın olur ki, burada mezoiqtisadi əhəmiyyətə malik olacaq iqtisadi istehsal fəaliyyətinin təmin olunması, xüsusilə, yerli xammala və yerli istehsala əsaslanan potensialın təşəkkülü mümkün olacaqdır və olduqca yüksək məşğulluq göstəricilərinə malik olacaq.
Xüsusilə, “Şəms 1” və “Qərb-Üfüq” Günəş Elektrik Stansiyalarında görülən işlərlə tanış oldular, əhaliyə xidmət edəcək avtobusların fəaliyyətini təmin etdilər, Əmək və Əhalinin sosial-müdafiəsi Nazirliyinin tabeliyində olan Dost Agentliyinin Naxçıvan şəhərində yerləşən Naxçıvan Regional Dost Mərkəzinin açılışını etdilər. Eyni zamanda, Zəngəzur dəhlizi üzrə dəmir yollarının tikintisi layihələrinə baxış keçirdilər. Təbii olaraq, bunlar, sosial-iqtisadi inkişaf əhəmiyyətli makroiqtisadi layihələrdir. Əhalinin sosial rifah, məşğulluq, firəvanlıq göstəricilərinin olduqca dinamik artıq göstəricilərinin ifadəsindən ibarət olan bu tədbirlər, muxtar respublikanın blokadanın təhdidlərindən tamamilə uzaqlaşmasına da olduqca mühüm təkan olacaqdır.
Dövlət başçısının və birinci xanımın Naxçıvan Muxtar Respublikasına tarixi səfərləri, burada görülən işlərə həm baxış, həm istiqamət verilməsi, həm də dövlət dəstəyinin göstərilməsi baxımından olduqca tarixi əhəmiyyətə malik olmaqdadır. Artıq muxtar respublikada daha dinamik, daha dayanıqlı və daha perspektivli sosial iqtisadi inkişaf göstəricilərinin təşəkkülü məqsədilə müvafiq tənzimləyici mexanizmlər təsdiq olunmuş, bu, Naxçıvan Muxtar Respublikasının yaxın gələcəkdə makroiqtisadi inkişafında olduqca mühüm nəticələrin əldə olunmasına zəmin yaratmış olacaq. Artıq 12 avqust 2026-cı il tarixində təsdiq olunan Sərəncamla, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə bir sıra olduqca əhəmiyyətli və strateji tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən ümumilikdə 258,0 milyon manat ayrılması nəzərdə tutulmuşdur. Bunlar, Tivi Su Elektrik Stansiyasında tikinti-quraşdırma işlərinin davam etdirilməsini, 10 kəndin ərazisindəki avtomobil yollarının əsaslı təmirini, Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksinin tikintisini, 3087 mənzilli 70 yaşayış binasının isə yalnız fasad hissəsinin əsaslı təmirini, yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisini, şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsini, 45 istilik qazanxanasının əsaslı təmirini nəzərdə tutur və Naxçıvan Muxtar Respublikasının regional iqtisadi inkişafı üçün olduqca mühüm hərəkətverici təsirə malik olacaqdır.
Diqqət etdikdə aydın olur ki, bu tədbirlərin hər birinin təşəkkülü, mahiyyətinə görə yüksək sosial-iqtisadi əhəmiyyətə malik olmaqla, eyni zamanda, Naxçıvan Muxtar Respublikası üçün:
- yüksək iqtisadi dayanıqlılığa malik olacaq və regionların iqtisadi potensialının daha da gücləndirilməsinə xidmət edəcək;
- özünə məşğulluq potensialını ehtiva etməklə, daha çox əhalinin sosial rifah göstəricilərini təşviq edəcək və bununla da, ölkənin makroiqtisadi inkişafına mühüm töhvə olacaq;
- ümumilikdə, ölkənin milli iqtisadi inkişafı proseslərində alternativliklə bərabər, həm də, innovasiyayönümlü iqtisadi inkişafı üçün etibarlı zəmin yaratmış olacaq;
- dayanıqlı elm və tədris proseslərinin tənzimlənməsi proseslərində stimullaşdırıcı amillərin güclənməsinə daha geniş şərait yaradacaq;
- enerji təhlükəsiziliyinin təmin olunması proseslərində yeni keyfiyyət mərhələsinin əsaslarını qymaqla, fasiləsizliyin və etibarlılığın dayaqlarını gücləndirmiş olacaq;
- əhalinin dövlət xidmətlərindən daha etibarlı yararlanması məqsədilə, müvafiq tənzimləmələrin və nizamlamaların həyata keçirilməsi mümkün olacaq;
- makroiqtisadi inkişafın daha dinamik əsaslarla davam etdirilməsi sahəsində ardıcıl və sistemli islahatların səmərəliliyinin təmin olunmasına təminat yaradılacaq ki, bütün bunlar da, dövlət başçısının və birinci xanımın tarixi səfərlərinin muxtar respublika əhalisi üçün müjdələrinin ifadəsi olacaq.
Həmin Sərəncam, bütünlükdə, Naxçıvan Muxtar Respublikasının ölkənin milli iqtisadi quruculuq proseslərindəki rolunun sürətlənməsini təmin edəcək və milli iqtisadiyyata daha diolğun əsaslarla inteqrasiya olunmasına səbəb olacaq. Eyni zamanda, tarixi səfərin nəticələri olaraq, Naxçıvan iqtisadi rayonunun işğaldan azad olaunan ərazilərlə, iqtisadi rayonldarla qarşılıqlı iqtisadi istehsal münasibətlərinin inkişafına zəmin yaradacaq. Bunlarla yanaşı, 12 avqust 2026-cı il tarixli Sərəncamla təsdiq olunan Naxçıvan Muxtar Respublikası ərazisində əsaslı təmir olunacaq kəndlərarası, şəhər və kəndlər ərazilərindəki avtomobil yollarının siyahısına diqqət edikdə, burada ümumilikdə, muxtar respublikanın 26 yaşayış məntəqəsinin əhatə olunduğu 156271 insanın yaşadığı və 420 km uzunluğunda olan avtomobil yolunun təmir olunması nəzərdə tutulmuşdur. Bu təmin işləri Ordubad rayonunda 133 km, Culfa rayonunda 95 km, Naxçıvan şəhərində 50 km, Babək rayonunda 92 km, Şahbuz rayonunda 37 km, Şərur rayonunda isə 13 km təşkil edəcəkdir.
Həmçinin, diqqət etdikdə aydın olur ki, yüksək dövlət diqqətinin və qayğısının nəticəsində Ordubad rayonunda 19479 nəfər, Culfa rayonunda 22096 nəfər, Naxçıvan şəhərində 91000 nəfər, Babək rayonunda 15.644 nəfər, Şahbuz rayonunda 5562 nəfər, Şərur rayonunda isə 2490 nəfər də məhz bu xidmətlərdən daha səmərəli şəkildə olmaqla, yararlanmış olacaq.
Bütün bunlar bir daha onu göstərir ki, Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün istiqamətlərinin inkişafı, əhalinin bütün təbəqələrinin davamlı rifahı, makroiqtisadi inkişafın bütün struktur bölmələri dövlətin gündəlik diqqətindədir, onun tənzimləmələri ilə qorunur, inkişaf etdirilir və bu sahədə daha şəffaf, daha ədalətli və daha səmərəli idarəetmə mexanizmləri müəyyən olunmuşdur. Həmçinin, bu təminatlar imkan verəcəkdir ki, 156271 nəfər kəndli öz istehsalı olan məhsulunu zaman və keyfiyyət itkisi olmadan bazara çatdıra bilsin. Yəni bu, daha çox, bazar qanunlarının işləkliyinin təmin olunmasına, idxaldan asılılığın minimum səviyyəsinin qorunmasına, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalının həcminin daha da artırılması məqsədilə tədbirlərin davam etdirilməsinə zəmin açılamış olacaq. Bunlarla yanaşı, görülən işlər, təsərrüfatçılıq imkanlarının daha da şaxələndirilməsinə, resurs təminatının etibarlılığına, məhsul istehsalının stimullaşmasına və nəticə etibarı ilə, aqrar bölmədə məşğulluq imkanlarının genişlənməsinə səbəb olacaq.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb
Bugün, 00:04 KRİMİNAL
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 MƏDƏNİYYƏT
-
YAP-da gözlənilməz görüş - Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə nələri müzakirə etdi?
24.10.2026, 23:43 SİYASƏT
-
Prezident və ailə üzvləri "FIFA U-15 World Cup and Festivalı"nın rəsmi açılışında - FOTOLAR (Yenilənib)
24.10.2026, 22:34 GÜNDƏM
-
Bakıda Zeytun Festivalının rəsmi açılışı olub - FOTO
24.10.2026, 21:35 GÜNDƏM
-
Xətaidə kütləvi dava: “Ceyhun Sabunçu” ölüb, 9 nəfər tutulub, deputatın oğlu və... - DTX-dən əməliyyat + VİDEO, FOTOLAR (YENİLƏNİB)
24.10.2026, 19:36 KRİMİNAL
-
Gəncədə 60 yaşlı qadın bıçaqlandı
24.10.2026, 18:02 KRİMİNAL
-
Kirayə mənzil mexanizmində yeni qaydalar: Əlçatanlıq artır, yoxsa maliyyə intizamı sərtləşir?
24.10.2026, 17:22 İQTİSADİYYAT
-
Dilarə Əliyeva ARB rəhbərinin müşaviri təyin olundu
24.10.2026, 17:13 PRESS
-
Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidentinin başına güllə çaxıldı - Saxlanılanların arasında iki türk də var
24.10.2026, 16:32 KRİMİNAL
-
Leysan yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
24.10.2026, 15:03 GÜNDƏM
-
Xəzər dənizinin sahilində 173 ölü nərə balığı aşkarlandı - Nə baş verir?
24.10.2026, 12:30 GÜNDƏM
-
Binalar qazlaşdırılmadan elektrikləşməyə keçir? - VİDEO
24.10.2026, 11:27 CƏMİYYƏT
-
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
24.10.2026, 11:19 CƏMİYYƏT
-
Azərbaycan neftinin qiyməti rekorda doğru gedir - Daha 4.6 dollar bahalaşdı
24.10.2026, 10:19 İQTİSADİYYAT
-
XİN: "Birləşmiş Millətlər Günü mübarək!"
24.10.2026, 10:01 SİYASƏT
-
Zaqatalada silsilə oğurluq... - Həbs olunan var
24.10.2026, 09:23 KRİMİNAL
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
24.10.2026, 00:06 CƏMİYYƏT
-
“Azərduz”un içindən qum dənələri və xırda daşlar çıxıb - FOTO
23.10.2026, 23:22 İQTİSADİYYAT
-
TRAMPIN XANIMI DA SİYASƏTƏ ATILDI - Ukraynadakı bir bölgə üçün atəşkəs mesajı verildi
23.10.2026, 22:47 GÜNDƏM
-
Baxçalı Azərbaycan səfiri ilə bir arada: "Türkiyə ilə Azərbaycanın bir-birinə olan etimadı qorumaq..."
23.10.2026, 20:30 SİYASƏT
-
"Türkiye Sığorta" şirkətinin istefa verən direktoru yenidən saxlanılıb
23.10.2026, 20:03 KRİMİNAL
-
Gəncədə beşaylıq körpə ölüb
23.10.2026, 19:55 CƏMİYYƏT
-
Hacıqabulda müşavirə - Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı tapşırıqlarından irəli gələn vəzifələr müzakirə olunub + FOTOLAR
23.10.2026, 19:47 CƏMİYYƏT
-
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi vurulub - XİN açıqlama yaydı
23.10.2026, 19:01 GÜNDƏM
-
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
23.10.2026, 19:01 YAZARLAR
-
Moskvada 4 hava limanında uçuşlar dayandırıldı - Dron hücumu var
23.10.2026, 18:53 GÜNDƏM
-
İordaniyada kilsəyə hücum: 9 əfər öldürülüb - FOTOLAR
23.10.2026, 18:47 DÜNYA
-
MHP lideri: "Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması vacibdir"
23.10.2026, 18:34 SİYASƏT
-
Dövlət Baxçalı qurultaya gedir
23.10.2026, 18:28 SİYASƏT
-
Yılmaz Vural Türkiyədə futbol klubu alıb
23.10.2026, 18:20 İDMAN
-
Klub prezidentindən futbolçulara sərt xəbərdarlıq: "Özünüzü əfv etdirmək istəyirsinizsə..."
23.10.2026, 18:12 İDMAN
-
Türkiyənin 47 illik nəhəng şirkəti müflis olub - 4000-dən çox tərəfdaşı var!
23.10.2026, 18:07 İQTİSADİYYAT
-
Milli Məclisin növbəti iclasında hansı qanunlara dəyişiklik olunacaq? - SİYAHI
23.10.2026, 18:00 GÜNDƏM