Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər tutulub

Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər tutulub

KRİMİNAL

Bugün, 12:18

Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən Əlcəzair vətəndaşları tutulub.

Mia.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, Sərhəd Qoşunlarının "Xudat" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində 2 Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı – 1994-cü il təvəllüdlü Makhlouf Houari və 1996-cı il təvəllüdlü Brahim Houari dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR