"Bu, həm Bakı, həm də Tehran üçün daha əlverişli perspektiv yaradır" - TƏHLİL
İDMAN
Bugün, 14:49
İran Prezidenti Məsud Pezeşkian ölkəsinə tətbiq edilən blokada şəraitində regional diplomatiyanın və qonşu ölkələrin, xüsusilə Azərbaycanın rolunu vurğulayıb.
Pezeşkian müharibə dövründə Azərbaycanın Tehrana göstərdiyi dəstəyi və logistik imkanları xüsusi qeyd edib: “Azərbaycan bütün yolları, bankımızı bağlamışdı… Telefonla danışdıq, iki saat ərzində yenidən açdı. Bank da açıldı, səfirlik də açıldı, yol da açıldı. Müharibə zamanı bizə kömək etdilər, oradan çoxlu yolları — istər Rusiya ilə, istər öz yolunu açdı, nə lazımdırsa yardım göstərdilər, bizimlə əməkdaşlıq etdilər”.
Prezident İlham Əliyevdə öz növbəsində X səhifəsində paylaşım edərək Azərbaycan haqqında söylədiyi xoş və səmimi sözlərə görə İran Prezidenti Məsud Pezeşkiana təşəkkür edib.
Sitat: “Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi”.
Heç kəsə sirr deyil ki, iki ölkə arasında münasibətlər problemsiz olmayıb. Xüsusilə son illərdə Bakı ilə Tehran arasında müəyyən fikir ayrılıqları, qarşılıqlı narazılıqlar və siyasi gərginliklər yaşanıb. Daha dəqiq desəm, İran daxilindəki müəyyən dairələr Azərbaycana münasibətdə hər zaman neqativ və qərəzli mövqeyi ilə seçilib. Məhz bu dairələrin Azərbaycanla münasibətləri gərginləşdirən ritorikadan istifadə etməsi, zaman-zaman hədə və qorxu dili ilə danışması Bakı-Tehran əlaqələrinə ciddi zərər vurub.
Buna baxmayaraq, Azərbaycan regional əməkdaşlıq, qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsipləri əsasında İranla münasibətlərin inkişafında maraqlı olduğunu dəfələrlə nümayiş etdirib.
Pezeşkianın Azərbaycanın İrana göstərdiyi dəstəyi açıq şəkildə etiraf etməsi bu mənada müsbətdir. İran Prezidentinin sözlərindən görünür ki, Azərbaycanın atdığı addımlar Tehran üçün yalnız siyasi jest olmayıb. İran Prezidenti Azərbaycanın çətin günlərdə Tehranın yanında olduğunu açıq şəkildə etiraf etməklə həm real vəziyyəti ifadə edib, həm də münasibətlərdə qarşılıqlı etimadın bərpası üçün siyasi iradə nümayiş etdirib.
Əslində, iki ölkə arasında münasibətlərin gələcəyi baxımından məhz belə yanaşmalar daha böyük əhəmiyyət daşıyır. Azərbaycan və İran coğrafi baxımdan qonşudur və onların təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi maraqları bir sıra istiqamətlərdə kəsişir. Bu baxımdan münasibətlərin gərginlik üzərindən deyil, qarşılıqlı maraqlar və etimad əsasında qurulması həm Bakı, həm də Tehran üçün daha əlverişli perspektiv yaradır.
Prezident İlham Əliyevin buna müsbət və səmimi cavab verməsi də təsadüfi deyil. İki ölkə rəhbərinin bir-birinə qarşı sərgilədiyi bu mövqe həm dövlətlərarası münasibətlər, həm də şəxsi diplomatik əlaqələr baxımından əhəmiyyətlidir.
İndi əsas məsələ bu qarşılıqlı xoş mesajların konkret addımlarla davam etdirilməsidir. Tehrandakı bəzi dairələr son proseslərdən düzgün nəticə çıxararaq münasibətlərdə yeni səhifə açmağı bacarmalıdırlar.
Turan Rzayev
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Lənkəranda meşədə iki nəfərin meyiti tapılıb
Bugün, 17:30 CƏMİYYƏT
-
Yunanıstanda Qərbi Nil virusuna yoluxma halları artıb - Ölənlər var
Bugün, 17:09 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Şadlıq evləri toy qiymətlərini artırdı - VİDEO
Bugün, 16:56 ŞOU-BİZNES
-
Elektron attestatlar myGov platformasına yerləşdirilib
Bugün, 16:47 CƏMİYYƏT
-
Zeynəb Xanlarovanın 90 illik yubileyi keçiriləcək
Bugün, 16:37 MƏDƏNİYYƏT
-
Mədəniyyət Nazirliyinin təqaüd proqramı: 17 nəfər xaricdə təhsil alacaq
Bugün, 16:19 MƏDƏNİYYƏT
-
Abşeron Suvarma Sistemləri İdarəsində yoxlamalar başlayıb
Bugün, 16:09 GÜNDƏM
-
Fələstin prezidenti Türkiyəyə gəlir
Bugün, 15:58 GÜNDƏM
-
Zelenskidən iddia: "Rusiya bizə qarşı Şimali Koreya raketlərindən istifadə edir"
Bugün, 15:52 GÜNDƏM
-
Ən çox şikayət olunan sığorta şirkətləri: Xalq Sığorta, Meqa Sığorta... - SİYAHI
Bugün, 15:47 İQTİSADİYYAT
-
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Bugün, 15:25 İQTİSADİYYAT
-
Bu nazirlikdə Baş İdarə ləğv olundu - İsaxan Aşurovun oğluna yeni vəzifə verildi (Yenilənib)
Bugün, 15:10 GÜNDƏM
-
Şərif Ağayar Kəramətin obyektlərindən danışdı: “İşin mənəvi tərəfi var ki, bu, haradandır?”
Bugün, 15:05 MƏDƏNİYYƏT
-
"Bu, həm Bakı, həm də Tehran üçün daha əlverişli perspektiv yaradır" - TƏHLİL
Bugün, 14:49 İDMAN
-
"Fənərbağça" məşhur hücumçu ilə razılaşdı - 2 illik müqavilə + 6 milyon avro...
Bugün, 14:06 İDMAN
-
Azərbaycanda unun topdansatış qiymətləri - SİYAHI
Bugün, 13:59 İQTİSADİYYAT
-
Dövlət Agentliyində yeni təyinat olub
Bugün, 13:55 GÜNDƏM
-
Bəşər Əsəd, qardaşı və əmisi oğlu barədə edam cəzası çıxarıldı
Bugün, 13:18 GÜNDƏM
-
İran XİN başçısı: "Həm müharibədə, həm də diplomatiyada qalib gəldik"
Bugün, 13:07 DÜNYA
-
Bu gün və sabah geomaqnit qasırğası gözlənilir
Bugün, 12:56 GÜNDƏM
-
DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib: "Əmin olmadığınız səhifə və saytlara ödəniş etməyin"
Bugün, 12:51 GÜNDƏM
-
Sabah yağışlı hava olacaq
Bugün, 12:24 GÜNDƏM
-
Lənkəranda biabırçı mənzərə - VİDEO
Bugün, 12:17 CƏMİYYƏT
-
Aǧcabədidə yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
Bugün, 12:11 CƏMİYYƏT
-
Azercell Böhran İdarəetmə Qrupu layihəsinin əhatə dairəsini genişləndirir - FOTOLAR
Bugün, 12:11 İQTİSADİYYAT
-
Rəşid Mahmudov: “Kim qadağan edə bilər mənə bunu?"
Bugün, 11:59 PRESS
-
“Kristal AA”nın yaşayış binasında hostel... - Sakinlər ayağa qalxdı (AÇIQLAMA + VİDEO)
Bugün, 11:54 CƏMİYYƏT
-
"Korte Bəyannaməsi" qəbul olunub - Bakının təşəbbüsüylə + SƏNƏD
Bugün, 11:33 SİYASƏT
-
Xalq artisti oğlunun ad gününü belə qeyd etdi - VİDEO
Bugün, 11:19 ŞOU-BİZNES
-
Aysel ARB-yə "yox" dedi
Bugün, 11:07 PRESS
-
Məşhur qolkiperin əvəzinə "Fənərbağça"ya təklif olunan hücumçunun görüntüləri... - FOTOLAR
Bugün, 10:59 İDMAN
-
Məhkəmələrin fəaliyyəti monitorinq olunacaq - Ali Məhkəmə məlumat yaydı
Bugün, 10:49 CƏMİYYƏT
-
Rusiya Kiyev, Zaporojye və Dnepropetrovskini bombalayıb: ölən və yaralananlar var
Bugün, 10:46 GÜNDƏM