"Mitinqdə cəmi 900 nəfər iştirak edib" - Rəsmi açıqlama

img

12-10-2014 [20:29]


Baki şəhər Baş Polis İdarəsi bu gün baş tutan mitinqlə bağlı məlumat yayıb. 


Məlumatda bildirilir ki, oOktyabrın 12-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib: "Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, İslam, Milli Demokrat, həmçinin Müsavat, Xalq partiyalarının, "El” hərəkatının, eləcə də bir sıra digər müxalifətyönümlü qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 900 (doqquz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. 

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA